Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:49

Rəsul Quliyevin qohumu azad olundu


Səs: Real audio
Qlen Hovard: “Azərbaycan ordusu əvvəlki illərlə müqayisədə hərbi texnika ilə daha yaxşı təchiz olunub” Keçmiş spiker Rəsul Quliyevin qohumu, Azərbaycanda saxlanılan Britaniya vətəndaşı Almaz Quliyeva azad olunub.



O, iyunun 3-də Bakı hava limanında saxlanmışdı. Rəsmilər onun çantasında tapança olduğunu bildirir, Almaz Quliyeva isə bu məlumatı təkzib edirdi. Saxlanarkən səhhəti pisləşdiyindən Almaz Quliyeva polis nəzarətində olan xəstəxanada yerləşdirilmişdi. Bu gün o, evinə qayıdıb.



Amma “Azadlıq” radiosuna müsahibəsində Almaz Quliyeva haqqında qaldırılan cinayət işinin ləğv olunmadığını dedi.



Britaniya parlamentinin üzvü Baronessa Sara Ludford Almaz Quliyevanın azadlığa buraxılmasını alqışlayıb. O, deyib ki, Almaz Quliyevanın günahlandırılması, sonra da üç həftə saxlanması ədalətsizlik olsa da, o, Azərbaycan və Britaniya xarici işlər idarəsinin, Azərbaycanın Londondakı səfirliyinin işini yüksək qiymətləndirir.
XS
SM
MD
LG