Keçid linkləri

2024, 12 Oktyabr, şənbə, Bakı vaxtı 05:11

Milli Elmlər Akademiyasında ixtira


Səs: Real audio
AXCP sədrinin müavini Fuad Mustafayev: «O qədər adamı pulla bir yerə toplamaq nəinki müxalifətin, hakimiyyətin də imkanı xaricindədir» Neft məhsullarını, çirklənmiş suları, yüksək gərginlikli transformator yağlarını təmizləmək üçün hər il Azərbaycan xaricdən olduqca baha qiymətə adsorbentlər – çirkli sənaye sularını təmizləyən maddələr alır. Amma indi Elmlər Akademiyasının alimləri deyirlər ki, çirkli sənaye məhlullarını təmizləyən bu maddələri Azərbaycanın özü də xarici ölkələrə sata bilər.



Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun Təcrübə-Sənaye Zavodu ilə apardığı araşdırma nəticəsində məlum olub ki, Azərbaycanın bütün ərazisi adsorbent deyilən həmin maddələrlə zəngindir. Söhbətin qalan hissəsini Elmlər Akademiyasının əməkdaşı, geologiya-mineralogiya elmləri namizədi Əli Xəlilovdan eşidək.



- Azərbaycan ərazisində müxtəlif növ adsorbentlər çox geniş yayılmışdır. Adsorbentlərin köməyi ilə mayeləri, neft məhsullarını, çirkab suları zərərli maddələrdən təmizləmək mümkündür. Bu, dünyada məlum olan texnologiyadır. Lakin biz bu günədək yerli xammallardan – adsorbentlərdən istifadə etmirdik, bunu çox baha qiymətə xaricdən alırdıq. Biz hazırda yerli adsorbentlərlə neft məhsullarını, transformator yağlarını təmizləməklə məşğuluq və ilkin nəticələr çox sevindiricidir. Gələcəkdə isə texnologiyanı təkmilləşdirmək və onu patent səviyyəyə qaldırmaq fikrindəyik.



- Yəni hazırda bu xammaldan kütləvi istifadə etmək mümkün deyil?



- Hələ ki, kütləvi istifadə olunmur, amma Dövlət Neft Şirkəti, Neft Yağ Zavodu ilə danışıqlar gedir. Artıq onlar bilirlər ki, Azərbaycanda həqiqətən də bu adsorbentlər var. Çox güman ki, bu məsələ yüksək səviyyədə həll olunacaq və biz qısa müddətdən sonra müasir texnologiyalar tətbiq edib yerli adsorbentlərdən istifadə edəcəyik.



- Əli müəllim, bu növ adsorbentlərin aşkara çıxarılması iqtisadi baxımdan nə deməkdir?



- İndiyədək biz bu xammalı xaricdən alırdıq və bu bizə çox baha başa gəlirdi. İndi isə biz onu nəinki almaya, hətta xaricə sata da bilərik. Həm də bu adsorbentlərin olduğu ərazilərdə yeni zavodların tikilməsi ilə əlaqədar yeni iş yerləri də açıla bilər.



- Hansı ərazilərdə geniş yayılıb?



- Adsorbentlər Bakının mərkəzindən tutmuş Gürcüstanla sərhəddə kimi Azərbaycanın ərazisinə yayılıb. Xüsusilə Qazax, Tovuz, Xanlar, Şəmkir, Şamaxı, Qobustan, Xızı rayonlarında bunlara daha çox rast gəlinir. İlkin təhlillərimiz bu xammalın həm də yüksək keyfiyyətli olduğunu göstərir.



- Sizin bu işlə bağlı konkret hansı təklifləriniz var?



- İstərdim ki, Elmlər Akademiyasının nəzdində Adsorbent Elmi İstehsalat Mərkəzi yaradılsın və bu maddələrin istehsala tətbiqini təklif etsin. Belə bir fikir var, həm Elmlər Akademiyasının, həm də Təcrübə-Sənaye Zavodunun rəhbərliyi bu işi müdafiə edir. Mən əminəm ki, bu məsələ müsbət yöndə həll olunacaq.



- Sağ olun, söhbətə görə təşəkkür edirəm.
XS
SM
MD
LG