Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:42

Prezident 100 nəfəri əfv etdi


Səs: Real audio
Avropa Şurasının siyasi məhbus hesab etdiyi üç nəfərin adı siyahıda yoxdur Prezident İlham Əliyevin iyunun 20-də verdiyi fərmanla 100 nəfər əfv edilib.



Hüquq müdafiəçisi Rəna Sadəddinova bildirir ki, əfv fərmanı 30 nəfər siyasi məhbusu əhatə edir. Onların içərisində Xüsusi Təyinatlı Polis Dəstəsinin keçmiş əməkdaşları, Gəncə Cümə Məscidi icmasının üzvləri də var.



Amma hüquq müdafiəçisi hesab edir ki, bu fərman da ölkədə siyasi məhbus məsələsini tam həll etmir. Çünki, 10 nəfər siyasi məhbus hələ də həbsdədir.



Avropa Şurasının azadlığını tələb etdiyi keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin əməkdaşları Elçin Əmiraslanov, Səfa PoladovArif Kazımovun da adları əfv olunanlar arasında yoxdur. Onlar 1995-ci ilin mart hadisələrinə görə ömürlük azadlıqdan məhrum ediliblər. 2004-cü ildə təkrar məhkəmələri keçirilib.



İlkin məlumata görə, əfv olunanların çoxu fərarilikdə ittiham olunanlardır.



Hüquq müdafiəçisi Elçin Behbudov isə fərmanı alqışlasa da, Avropa Şurasının azadlğını tələb etdiyi üç nəfər məhbusun əfv olunmamasından təəssüfləndiyini bildirir.



Yeni Azərbaycan partiyası icra katibinin müavini Mübariz Qurbanlının fikrincə isə, prezidentin son əfv fərmanı siyasi məhbuslarla bağlı müzakirələrə son qoyacaq.
XS
SM
MD
LG