Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 04:28

“Freedom House”: “Azərbaycan MDB-də insan haqlarının pis qorunduğu ölkələrdən biridir”


Səs: Real audio
Onlar AŞ PA-nı Azərbaycanda siyasi məhbus məsələsinin müzakirəsini təxirə salmamağa çağırırlar “Freedom House” beynəlxalq hüquq müdafiə təşkilatının yaydığı hesabata görə, Azərbaycan MDB ölkələri arasında da insan hüquqlarının pis qorunduğu ölkələrdən biridir.



Təşkilatın “Keçmiş Sovet respublikalarında demokratiya üçün imkan və dəyişikliklər” hesabatına əsasən, Azərbaycan korrupsiyanın yüksək olduğu ölkədir.



Kütləvi informasiya vasitələrinin vəziyyətinə diqqət çəkən “Freedom House” təşkilatı qəzetlərə qarşı siyasi kampaniyaların aparıldığını qeyd edir. Hesabata görə, demokratiyanın zəif olduğu post-Sovet ölkələrini Qırğızıstanın taleyi gözləyə bilər.



Amma hüquq müdafiəçisi, Demokratiya və İnsan Haqları Fondunun sədri Murad Sadəddinov Qırğızıstandakı hadisələrin təkrarlanacağına inanmadığını, amma mediadakı çətin vəziyyətlə razı olduğunu deyir. Onun sözlərinə görə, Elmar Hüseynovun qətli və qətlin açılmaması real vəziyyəti əks etdirir.



“Azərbaycanla Qırğızıstanın vəziyyətini müqayisə etmək olmaz. Azərbaycanda media hələ ki, azad deyil. Medianın kifayət qədər problemləri var. Bunun bir göstəricisi Elmar Hüseynovun qatillərinin tapılıb cəzalandırılmamasıdır”.



YAP icra katibinin müavini Mübariz Qurbanlı isə hesabatda deyilənlərlə razı deyil.



“Hesabatda söylənilən fikirlər həqiqəti özündə əks etdirmir. Azərbaycanda heç bir vaxt hansısa bir ölkədə baş verən hadisənin təkrarı ola bilməz. Azərbaycanın özünəməxsus seçdiyi yol var. Bu tipli məlumatları yayanlar Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq və Azərbaycanın regionda lider dövlətə çevrilməsini istəməyən adamlardır”



“Freedom House” təşkilatının hesabatına görə, vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatları böyük problemlərlə qarşılaşır. QHT-lər qeydiyyatdan keçirilmir, vergi və maliyyələşmə problemləri ilə üzləşirlər.
XS
SM
MD
LG