Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:19

Müxalifət seçki komissiyalarına ən sınanmış üzvlərini təklif edəcək


Səs: Real audio
Sərhədsiz Reportyorlar təşkilatinin Avropa işləri üzrə proqram direktoru Paskal Bonnamur «qətli sifariş edənlərin kim olduğunu bilmək istəyirik»- deyir Hakimiyyət bildirir ki, əgər seçki komissiyaları yalnız iqtidar və müxalifət nümayəndələrindən ibarət olsa, həmin komissiyalar bütün seçicilərin iradəsini ifadə etməyəcək.



Yeni Azərbaycan partiyasından olan hüquqşünas Sadiq Qurbanova görə, səsvermə hüququ olan vətəndaşların yalnız bir qismi siyasi partiyalarda təmsil olunurlar, əksər seçicilər isə bitərəfdirlər. Onun fikrincə, əgər seçki komissiyalarının yarısı iqtidar, yarısı isə müxalifət təmsilçiləri olsa, bitərəflərin hüquqları pozulacaq.



Sadiq Qurbanovun sözlərinə görə, müxalifət seçki komissiyalarındakı nümayəndələrinin sayınının artırılmasını həm də ona görə istəyir ki, seçki başa çatandan sonra səsvermə protokollarını imzalamayacağıyla, ölkədə iğtişaşlar yaradacağıyla hədələyib parlamentdə öz üzvlərinə daha çox yer ayrılmasına nail olsun.



Qarşı tərəf – müxalifət isə bildirir ki, iqtidarın seçki komissiyalarının tərkibində dəyişiklik etmək istəməməsi seçkini saxtalaşdırmaq istəyindən irəli gəlir.



Xalq Cəbhəsi partiyasının “islahatçılar” qanadının sədr müavini Həsən Kərimov deyir ki, indi iqtidar seçki komissiyalarında səs çoxluğuna malikdir, öz nümayəndələri ilə bərabər komissiyalardakı bitərəf adlanan şəxsləri də ələ alıb və bu səs çoxluğunu əldən vermək istəmir.



Bəs əgər seçki komissiyalarında paritet təmin olunarsa, müxalifətin istədiyi nəticənin əldə ediləcəyinə təminat varmı? Keçən prezident seçkilərində bəzi müxalifətçi komissiya üzvləri öz partiyalarının mövqeyinin əksinə olaraq səsvermə protokollarını imzalamışdılar.



AXCP fəalı etiraf edir ki, həqiqətən də belə hallar baş verib. Onun sözlərinə görə, bunun əsas səbəbi iqtidarın bəzi müxalifətçiləri pulla ələ almasıdır.



Amma barəsində belə ittihamlar səslənənlər bununla razılaşmırlar. Namizədliyi Mərkəzi Seçki Komissiyası üzvlüyünə Demokrat partiyasından irəli sürülən, amma sonradan prezident seçkilərində hakimiyyət təmsilçisinin qalib gəlməsi haqqında sənədə qol çəkən Yusif Bağırzadə deyir ki, onu heç kim ələ almayıb və bu tip ittihamlar çox vaxt əsassız olur.



O ki qaldı müxalifət partiyalarının öz üzvlərinin seçkidə sabit mövqe nümayiş etdirməsi üçün nə kimi tədbirlər görməsinə, AXCP sədr müavini Həsən Kərimova görə, bu dəfə onlar seçki komissiyalarında üzvlüyə ən sınanmış nümayəndələrini irəli sürmək niyyətindədirlər.
XS
SM
MD
LG