Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:15

Magistraturaya sənədlərin qəbulu iyunun 16-dan başlayır


Səs: Real audio
Prezident yanında Əfv Komissiyası növbəti toplantısını keçirib Magistraturaya qəbul olmaq istəyən tələbələr bu ildən 2 mərhələdə imtahan verəcəklər. İmtahanı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası keçirir. İmtahanın birinci mərhələsində bakalavrın məntiqi təfəkkürü, ixtisas istiqaməti üzrə baza bilikləri və xarici dili bilmə səviyyəsi test üsulu ilə yoxlanacaq. İkinci mərhələdə isə komissiya ixtisas istiqaməti üzrə yazılı imtahan götürəcək.



Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin sözlərinə görə, maqistraturaya qəbulun ilk mərhələsi – test imtahanı iyulun 1-nə planlaşdırılır.



“Birinci mərhələdə 50-dən yuxarı bal toplayan tələbələr ikinci mərhələyə buraxılacaq. İkinci mərhələ yazılı imtahan olacaq. Bu sualları biz ikinci mərhələyə 10 gün qalmış çap edəcəyik”.



Ötən illərdən fərqli olaraq bu il maqistraturaya orta qiymətinin neçə olmasından asılı olmayaraq hər bir bakalavr məzunu imtahan verə bilər. Maqistraturaya qəbul olmaq istəyən tələbələr sənədləri sənəd qəbulu komissiyalarına təqdim etməlidirlər. Bura bakalavr təhsilini bitirmək haqqında diplomun əsli və ya müvafiq arayış, təhsil müəssisəsindən bitirilən ixtisasın və onun aid olduğu istiqamətin şifri, həmçinin orta balı göstərən arayış, şəxsiyyət vəsiqəsi, 3x4 sm ölçülü dörd ədəd fotoşəkil, TQDK-nın hesabına 10 000 manat köçürülməsi haqqında qəbz daxildir.



Sənədlərin qəbulu iyunun 16-dan 25-dək hər gün səhər saat 9-dan axşam 6-dək aparılır.



Ali məktəblərə qəbul olmaq istəyən abituriyentlər üçün isə ali məktəblərə qəbul kampaniyasının nə vaxt başlayacağı hələlik məlum deyil. TQDK-dan verilən xəbərə görə, abituriyentlər bu ildən eyni ixtisas qrupuna aid 15 deyil, 8 ixtisas seçə biləcəklər.
XS
SM
MD
LG