Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:21
Rubrikalar

Hökumət “Azərcell”i xidmətlərinin keyfiyyətini yaxşılaşdırmağa çağırır


Səs: Real audio
Gert Arens Ukraynadakı son prezident seçkilərində də eyni funksiyanı həyata keçirib - İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti Departamenti «Azərcell» şirkətinə müraciət edib mobil rabitə xidmətlərinin keyfiyyətini yaxşılaşdırmağa çağırıb.



Bu barədə departamentin direktoru Rəhim Hüseynov bildirib. Onun sözlərinə görə, abonentlərdən «Azərcell» xidmətlərinin keyfiyyətiylə bağlı kütləvi şikayətlər daxil olmasa da, bir sıra hallarda mobil telefon əlaqəsində problemlər yaranır, rabitə kanalları qapanır. Bu çatışmazlıqların aradan qaldırılması üçün şirkətə öz texnologiya gücünü artırmaq, telefon nömrələri satışını dayandırmaq və ya yalnız yazılı mesajlar göndərmək və qəbul etmək imkanı verən nömrələr satmaq təklif olunur.



- Prezident İlham Əliyev Hindistanın neft sənayesi və qaz naziri Şankar Ayyarı qəbul edib. Cənab Ayyar Bakıda keçirilən «Xəzər, neft-qaz, neftayırma və neft kimyası-2005» sərgisində və konfransında iştirakdan məmnun qaldığını bildirib.



- «Turan» agentliyinin məlumatına görə, Azərbaycanın "Azəri-Çıraq-Günəşli""Şah dəniz" yataqlarının işlənməsindən əldə edəcəyi gəlir dünyada neftin qiymətlərindən asılı olaraq 106 milyard dollardan 210 milyard dollara qədər ola bilər.



Bu barədə «BP-Azərbaycan» şirkətinin prezidenti Devid Vudvord bildirib. O deyib ki, dünyada neftin qiymətləri 1 barrel üçün 30 dollar səviyyəsində olsa, ölkənin gəlirləri 106 milyard dollar, 1 barrel üçün 50 dollar səviyyəsində olsa, 210 milyard dollar məbləğində proqnozlaşdırılır. 1 barrel üçün 40 dollar proqnozuna görə isə, Azərbaycan 160 milyard dollar məbləğində gəlir əldə edəcək.



Devid Vudvordun fikrincə, yaxın iki ildə 1 barrel neft üçün 40 dollar səviyyəsində proqnoz kifayət qədər real görünür.



- Və sonda xarici valyuta məzənnələri. İyunun 9-a olan məlumata görə, Milli Bankda 1 Amerika dolları 4745 manat, 1 avro 5805 manat, 1 rubl isə 167 manatdır.
XS
SM
MD
LG