Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:32

ATƏT-in müşahidə missiyasının rəhbərinin adı məlum oldu


Səs: Real audio
Gert Arens Ukraynadakı son prezident seçkilərində də eyni funksiyanı həyata keçirib İyulun əvvəlində Azərbaycana gələcək ATƏT-in müşahidə missiyasının rəhbərliyinə Gert Arens təyin olunacaq. O, Ukraynadakı son prezident seçkiləri zamanı da bu qurumun eyni missiyasına başçılıq edib.



Məlumatı ATƏT-in Bakı ofisinin əməkdaşı Ülvi Axundlu verdi.



Cənab Axundlu hesab edir ki, müşahidə missiyasına Ukraynadkı prezident seçkilərinin monitorinqini aparmış şəxsin təyin olunmasında paralellər aparmaq lazım deyil: «Sadəcə, Gert Arens təcrübəli, peşəkar və işini bilən bir diplomatdır. Postsovet məkanında keçirlən seçkiləri yaxından müşahidə edib».



ATƏT-in Bakı ofisinin əməkdaşı deyir ki, G.Arens bu vəzifəyə yeganə namizəd olmayıb. Bir neçə şəxslə söhbət aparılıb və yekunda onu seçiblər.



Cənab Arens hazırda Azərbaycandadır. O, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki departamentinin rəhbəri Cerald Mitçelin rəhbərlik etdiyi Tələbatları Qiymətləndirmə Missiyası ilə bərabər seçki öncəsi şəraiti öyrənir.



İyunun 6-dan 9-dək ölkə rəsmiləri və siyasi dairələrlə görüşlər aparan missiyanın səfəri iyunun 10-da başa çatır.



Missiya səfərin yekununda hesabat hazırlayaraq ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun daimi şurasına təqdim edəcək. Bunun nəticəsində iyulun əvvəlində Azərbaycana gələcək müşahidə missiyasının tərkibi və fəaliyyəti müəyyənləşdiriləcək.
XS
SM
MD
LG