Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:12

Əcnəbi abituriyentlər də test üsulu ilə imtahan verəcəklər


Səs: Real audio
Məqsəd ən müxtəlif mənbələrlə müzakirələr aparmaqla seçki öncəsi vəziyyəti öyrənməkdir Bu ildən etibarən Azərbaycanda təhsil almaq istəyən xarici ölkə vətəndaşları da test üsulu ilə imtahan verəcəklər. Bu barədə «Azadlıq» radiosuna Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ictimaiyyətlə əlaqələr sektorunun müdiri Hikmət Kazımov məlumat verdi.



Onun sözlərinə görə, xarici vətəndaşların test imtahanları yerli abituriyentlərin imtahanlarından fərqlənəcək. Belə ki, test sualları tərtib edilərkən əcnəbi abituriyentlərin birillik hazırlıq kursunda yiyələndikləri biliklərin, eləcə də təhsil aldıqları dilin səviyyəsi nəzərə alınacaq.



Cənab Kazımov deyir ki, xarici ölkə vətəndaşlarının Azərbaycanın ali məktəblərinə qəbulu şəffaf olmalı, savadsız əcnəbilərin yerli təhsil ocaqlarına ayaq açmasına imkan verilməməlidir: «Bəzi xarici ölkələrdə belə təsəvvürlər dolaşır ki, Azərbaycanda çox asanlıqla ali məktəbə daxil olub diplom almaq olar».



Onun sözlərinə görə, bu, xaricdə Azərbaycan ali məktəblərinin verdiyi diplomlara inamsız münasibətin yaranmasına gətirib çıxarır.



Təhsil Nazirliyindən aldığımız məlumata görə, hazırda Azərbaycanın ali məktəblərində 3500-ə qədər xarici tələbə oxuyur. Onların təxminən 3000-i dövlət, qalanları isə özəl ali məktəblərdə təhsil alırlar. Əcnəbi tələbələrin ödədiyi təhsil haqqının maksimum həddi isə 1500 ABŞ dollarıdır.
XS
SM
MD
LG