Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:06

«Qazaxıstan BTC-yə qoşulmaqdan imtina etməyə hazırlaşır»


Səs: Real audio
Almaz Quliyeva xəstəxanada da polis nəzarətindədir «Ayna» qəzetindəki «İqtisadiyyatda yeni problem yaranıb» başlıqlı məqalədə Namiq Sabiroğlu yazır ki, hökumət indi də manatın möhkəmlənməsinin qarşısını ala bilmir. Məqalədə bildirilir ki, Azərbaycan Milli Bankı problemi dövriyyəyə çoxlu miqdarda manat kütləsi buraxmaqla həll edə bilər. lakin bu, ilk növbədə inflyasiyanı bir qədər də sürətləndirəcək. Çünki həmin pulların əriməsi üçün bazarda kifayət qədər mal və məhsul yoxdur. MB inflyasiyanın vacibliyi qənaətinə gəlib. Lakin inflyasiya iqtisadiyyatda az-çox əldə olunmuş nəaliyyətlərdən imtina etmək deməkdir. Məqalədə bildirilir ki, beləliklə, ölkəyə gətirilən xarici valyutanın manata çevrilməsi prosesi başlayıb. Lakin bu gün bazarda tələb olunan qədər manat yoxdur və nəticədə tələblə təklif arasındakı mütənasiblik pozulur.



«Üç nöqtə» qəzetindəki «MTN BDU-nun müəllimini həbs etdi» başlıqlı məqalədə Elməddin Muradlı yazır ki, MTN və Baş Prokurorluq tərəfindən həyata keçirilən birgə əməllliyat nəticəsində BDU-nun kimya fakültəsinin «Ümumi və qeyri-üzvü kimya kafedrası»nın müdiri Məhəmməd Babanlı rüşvət alarkən saxlanıb. Alınan rüşvətin miqdarı altı min ABŞ dollarına bərabərdir. Müəllif yazır ki, bu, ürəkaçan fakt olmasa da, ölkənin həm təhsil, həm də qeyri sahələrində belə halların sayı yüzlərlədir. Müəllif rəsmi strukturların bu faktı mediaya ölkədə rüşvətxorluğa qarşı mübarizə aparıldığının bir nümunəsi kimi təqdim etdiyini yazır. Və bildirir ki, kafedra müdirinin aldığı rüşvət nazirliklərdə baş verən yeyintilər və rüşvətxorluq halları ilə müqayisədə heç nədir. Məqalədə o da vurğulanır ki, nə prokurorluq, nə də MTN bu hallarla bağlı iş aparmır. Bu isə onu göstərir ki, yüksək dairələrdə rüşvət və korrupsiyalaşma dərin kök saldığından və daha ciddi fiqurları əhatə etdiyindən həmişə ən xırda faktlar önə çəkiləcəkdir.



«Bakı-Xəbər» qəzetindəki «Qazaxıstan BTC-yə qoşulmaqdan imtina etməyə hazırlaşır» başlıqlı məqalədə Nicat Dağlar yazır ki, Rusiya prezidentinin Astana səfəri öz nəticəsini verir. Müəllif yazır ki, bu barədə Qazaxıstanın Yanacaq və Mineral Ehtiyatlar nazirinin müavini Lyazzat Kinov iki gün öncə keçirdiyi mətbuat konfransında deyib. Məqalədə bildirilir ki, bu açıqlama Qazaxıstan prezidentinin BTC-nin Azərbaycan hissəsinin açılışı mərasimində dedikləri ilə ziddiyyət təşkil edir. Prezident Nursultan Nazarbayev Bakıda BTC-yə qoşulmaq istəklərini açıq ifadə etmişdi. Bundan əlavə Qazaxıstanın energetika naziri Vladimir Şkolnik Azərbaycan Qazaxıstan hökumətlərarası komissiyasının iclasında bildirmişdi ki, Aktau-Bakı alt sisteminin vahid BTC sisteminə qoşulmasına dair məsələlər faktiki olaraq həllini tapıb. Müəllifin qənaətinə görə, Qazaxıstan rəsmilərinin belə fikirlər söyləmələrinə səbəb Rusiyadan gələn təzyiqlərdir.
XS
SM
MD
LG