Keçid linkləri

2025, 28 Mart, Cümə, Bakı vaxtı 04:47

Avropa İttifaqı sərbəst toplaşma azadlığının vəziyyətindən narahatdır


Səs: Real audio
Pyotr Burdıkin: «Silahların Ermənistandakı Rusiya hərbi bazalarına göndərilməsi üçüncü dövlətə qarşı istifadə olunması demək deyil» Avropa İttifaqı (Aİ) Azərbaycanda sərbəst toplaşma azadlığının vəziyyətindən narahatlığını bildirir. Son həftə ərzində ikinci dəfə bəyanat verən Aİ hökuməti sərbəst toplaşma azadlığını təmin etməyə çağırır və müxalifətin növbəti aksiyalarının dağıdılmayacağına ümid edir.



Birlik kütləvi aksiyalar zamanı polisin jurnalist və müxalifətçilərə qarşı zorakılığından narahat olduğunu və Azərbaycan prezidentindən belə qanun pozuntularının aradan qaldırılmasını istədiyini bildirir.



Birlik situasiyanı diqqətlə izləyəcəyini də qeyd edir.



Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirlikləri də iyunun 4-dəki aksiyanı diqqətlə izləyəcəklərini bildirirlər.



Norveç Krallığının Azərbaycandakı səfirinin köməkçisi Elmira Mirzəyeva səfir Steynar Gilin kütləvi aksiyanı şəxsən müşahidə edəcəyini deyir.
XS
SM
MD
LG