Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:26

«Azərbaycan Qəbələ RLS-in bağlanmasını tələb edə bilər»


Səs: Real audio
Seçki Məcəlləsi ilə bağlı layihəyə Avropa Şurası Parlament Assamleyası qiymət verəcək «525-ci qəzet»dəki «Senator Çarlz Hegel: «ABŞ DQ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır» başlıqlı məqalədə Rəşad Süleymanov yazır ki, senator Azərbaycan prezidenti ilə bu mövzuda müzakirələr aparıb. Müəllif yazır ki, amerikalı qonaq səfərinin əsas məqsədinin DQ ilə bağlı olduğu haqda fikir formalaşdırmağa çalışsa da, onun Bakıda keçirdiyi mətbuat konfransında söylədikləri bir qədər fərqli istiqamətdə düşünmək üçün də əsaslar verir. Məqalədə Çarlz Hegelin «Amerika xalqı Azərbaycanda demokratik seçki keçirilməməsindən narahat olardı» deməsi yada salınır və bildirilir ki, ABŞ vətəndaşlarının xeylisi dünya xəritəsində Azərbaycan adlı dövlətin olmasından məlumatsızdırlar. Belə olan halda tanımadıqları bir ölkə üçün necə narahatlıq keçirmək olar? Müəllif hesab edir ki, bu fikri söyləməklə senator Hegel ölkəsinin Azərbaycanda baş verənləri diqqətdə saxladığını və lazım olarsa müəyyən yardımlar edəcəyini də bildirməyə çalışıb.



Ağanisə Sultanova «Yeni Azərbaycan» qəzetindəki «Xəzərin statusu ilə bağlı məsələlərin yarıdan çoxu razılaşdırılıb» məqaləsində yazır ki, Xəzərin statusuna dair müzakirələrdə əsas fikir ayrılığına İranın mövqeyi səbəb olmuşdu. Amma artıq İran da Xəzəryanı dövlətlərdəki diplomatik nümayəndəlikləri vasitəsi ilə öz mövqeyində dəyişiklik etdiyini göstərməyə çalışır. Məqalədə bildirilir ki, bu barədə İranın Azərbaycandakı səfiri Əfşar Süleymani ilə söhbətlərində səfir deyib ki, artıq problemlərin böyük

bir hissəsi həll olunub. Yazıda İranın mövqeyindəki bu müsbət dəyişikliyin səbəblərindən də bəhs edilir. Bildirilir ki, Qərb və Amerikanın təzyiqlərindən yaxa qurtarmaq və basqıları nisbətən səngitmək məqsədi ilə İran hökuməti də bəzi güzəştlərə getməyə çalışır. Belə güzəştlərdən biri kimi Azərbaycanla münasibətləri tənzimləməyi nəzərdə tutur.



«Ayna» qəzetindəki «Azərbaycan Qəbələ RLS-in bağlanmasını tələb edə bilər» sərlövhəli məqalədə Cəsur Məmmədov yazır ki, bu, Rusiya hərbi bazalarının bir hissəsinin Gürcüstandan çıxarılaraq Ermənistanda yerləşdirilməsinin qarşılığı olaraq atıla biləcək addımdır. Məqalədə bildirilir ki, artıq bu haqda Rusiya mətbuatında da müxtəlif informasiyalar yer almaqdadır. Məqalədə o da qeyd olunur ki, bu məlumatlar Azərbaycan hökumətindəki qaynaqlara istinadən verilir. Daha sonra həmin mənbələrdən birinə istinad edən müəllif yazır ki, Bakı Rusiya hərbi bazaları ətrafında yaranmış qalmaqalın araşdırılması üçün Moskvaya nümayəndə heyəti göndərəcək. Nümayəndə heyətinin əsas məqsədlərindən biri

də Qəbələ RLS-in Rusiyaya icarəyə verilməsinə dair müqaviləyə yenidən baxılacağı barədə qarşı tərəfi xəbərdar etməsi olacaq.
XS
SM
MD
LG