Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:40

Kanada azərbaycanlıları parlament seçkilərinin demokratik keçirilməsinə çağırır


Səs: Real audio
İstənilən halda qurumun tövsiyələri nəzərə alınmalıdır Bugünkü “Qlobus”un qonaqları Dünya Azərbaycanlıları Konqresinin sədri Cavad Derəxti, Kanada Azərbaycanlıları Təşkilatları Federasiyasının icraçı direktoru Əkbər Məcid və Almaniyaya mühacirət etmiş azərbaycanlı Xaqani Cəfərovdur.



Bugünkü “Qlobus”da:



- Səkkizinci qurultayını başa çatdıran Dünya Azərbaycanlıları Konqresi hansı vəzifələr qarşısına qoyub və hansı problemlərlə üzləşir;



- Kanada Azərbaycanlıları Təşkilatları Federasiyası Azərbaycanda parlament seçkilərinin azad və demokratik keçirilməsinə çağırır;



- Almaniyaya mühacirət etmiş bir azərbaycanlı yeni şəraitindən razıdır.



Xarici ölkələrdə fəaliyyət göstərən diaspora cəmiyyətlərinin çoxu 28 May – Respublika gününü qeyd ediblər. Bu günlərdə Azərbaycanın Fransadakı səfirliyi Respublika günü münasibəti ilə Parisin Beynəlxalq Konfranslar Mərkəzində rəsmi ziyafət verib. Azərbaycanın Özbəkistandakı səfirliyi isə Daşkənddəki biznes-mərkəzdə "Azərbaycan dünən, bu gün və sabah" mövzusunda konfrans keçirib.



Rusiyadan da bir xəbərimiz var. Rusiya Federasiyasının Kreml Fondu bu ölkədə yaşayan azərbaycanlı, "Axtuba" hərbi sənaye kompleksinin baş direktoru Sakit Allahverdiyevi hərbi sənayenin inkişafındakı xidmədlərinə görə “Qırmızı Ulduz” ordeni ilə mükafatlandırıb. Bu, “Azəri-press” agentliyinin xəbəridir.



Ötən həftəsonu Dünya Azərbaycanlıları Konqresi İsveçin paytaxtı Stokholm şəhərində öz səkkizinci qurultayını başa çatdırdı. Cavad Derəxti yenidən Konqresin sədri seçildi. Konqresin son bir il ərzində gördüyü işlər və səkkizinci qurultayda qarşısına qoyduğu vəzifələr barədə Cavad Derəxti məlumat verir.



Daha ətraflı Audio hissədə



Növbəti mövzumuz Kanadadır. Qonağımız isə Kanada Azərbaycanlıları Təşkilatları Federasiyasının icraçı direktoru Əkbər Məciddir. Federasiya Azərbaycanda noyabrda baş tutacaq parlament seçkilərinin demokratik keçirilməsinə çağıran bəyanat verib və seçkilərin demokratikliyinin təmin olunmasında öz yardımını təklif edib.



Daha ətraflı Audio hissədə



Bugünkü “Qlobus”un axırıncı qonağı Almaniyaya mühacirət etmiş Xaqani Cəfərovdur. İki il əvvəl Bakını tərk etmiş Xaqani Cəfərov ixtisasca həkimdir. Müəyyən çətinliklərə baxmayaraq, mühacirət etməsinə görə peşmançılıq hissi keçirmir və yeni şəraitindən razıdır.



Daha ətraflı Audio hissədə



Bu günə bu qədər. “Qlobus”da deyilənlərlə bağlı fikirlərini bizimlə bölüşmək istəyənlər “Azadlıq” radiosunun Bakı bürosunun 493-73-75 və Praqadakı redaksiyamızın 4202-21122351 nömrəli telefonlarına zəng edə bilərlər.
XS
SM
MD
LG