Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:24

Dağlıq Qarabağ münaqişəsinin həllində böyük irəliləyişlər var


Səs: Real audio
ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernar Fasye belə deyir ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernar Fasyenin sözlərinə görə, Varşava danışıqları nəticəsində Dağlıq Qarabağ münaqişəsinin həllində böyük irəliləyişlər var.



O, DQ ətrafında olan rayonlardan Ermənistan silahlı qüvvələrinin çıxarılması istiqamətində konkret danışıqların getdiyini dedi.



Cənab Fasye DQ-nın gələcək statusunun müəyyənləşdirlməsi üzərində də işə başlandığını söylədi.



Fransalı həmsədr 2005-ci il iyunun əvvəlində həmsədrlərin Ermənistanın xarici işlər naziri Vardan Oskanyanla, ortasında isə iki ölkənin xarici işlər nazirlərinin birgə iştirakı ilə görüş keçirəcəklərini də dedi.



O, mayın 27-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla danışıqlar aparıldığını, daha sonra isə gözlənilmədən prezident aparatına dəvət olunduqlarını və prezident İlham Əliyevlə uzun sürən görüş keçirdiklərini bildirdi.



Bu fikirləri Bernar Fasye bu gün keçirdiyi mətbuat konfransında söylədi.
XS
SM
MD
LG