Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 12:58

Müstəqillik günü mərkəzləşdirilmiş tədbir keçiriləcək


Səs: Real audio
Bunun əsas səbəbi insanların rüşvətlə işə götürülməsidir Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 87-ci ildönümü münasibətilə mərkəzləşdirilmiş dövlət tədbiri keçiriləcək. Bu barədə «Turan» İnformasiya Agentliyinə prezidentin İcra Aparatınin ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov məlumat verib. Bakı şəhər İcra Hakimiyyəti mətbuat xidmətinin əməkdaşı Nailə Məmmədova isə bildirir ki, bəzi tədbirlər artıq bu gündən başlasa da, ümümşəhər mərasiminin keçiriləcəyi barədə hər hansı məlumata malik deyillər.



Müxalifət partiyaları isə bayram günü cumhuriyyətin banilərindən biri olan Məmməd Əmin Rəsulzadənin Novxanı kəndindəki abidəsi önündə toplaşacaqlar. Sonra isə sonra eks-prezident Əbülfəz Elçibəyin məzarı ziyarət ediləcək.



Bunu Müsavat partiyası başqanının müavini Vürğun Əyyub deyir.



AXCP üzvləri eyni zamanda partiyanın qərargahında talassemiyalı xəstələr üçün qan vermə kampaniyası keçirəcəklər.



Bakının sıravı sakinləri isə müstəqillik gününün geniş bayram şənliklərilə qeyd olunmasının tərəfdarıdırlar.
XS
SM
MD
LG