Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:46

«Azərbaycanda neft və adam oğurluğu çiçəklənir»


Səs: Real audio
«Freedom House» diktatura rejimlərinin süquta uğradığı 67 ölkədə apardığı araşdırmaya əsasən bu nəticəyə gəlib «Azadlıq» qəzetindəki «Azərbaycanda neft və adam oğurluğu çiçəklənir» başlıqlı məqalədə bildirilir ki, Bakı-Tbilisi-Ceyhan boru kəmərinin açılışı neft korrupsiyaçılarından savayı heç kimin sosial durumunda dəyişikliyə səbəb olmayacaq. Məqalədə qeyd olunur ki, bu dəyişikliklər yalnız o vaxt hiss oluna bilər ki, Azərbaycandakı rejimin mahiyyəti dəyişsin. Ata Əliyevin ölümündən sonra oğul İlham Əliyevin saxta seçki nəticəsində prezident kürsüsünü mənimsədiyi də yada salınan məqalədə bildirilir ki, indiki prezidentin müəmmalı keçmişi onun demokratik dövlət qura biləcəyinə şübhələri çoxaltmaqdadır.



«Zori Balayan İtaliyada həbs edilib». Bu barədə «525-ci qəzet»də Gündüz Şamiloğlu yazır ki, «İnterpol»un axtarışında olduğu üçün İtaliya polisi tərəfindən saxlanan Balayan Ermənistanın rəsmi Romaya nota verməsindən sonra azadlığa buraxılıb. Müəllif yazır ki, Zori Balayan Ermənistan-Azərbaycan münaqişəsinin qızışmasında xüsusi rolu olmuş bədnam «Ocaq» kitabının müəllifidir. Məqalədə həmçinin Dağlıq Qarabağ münaqişəsinə dair məsələyə də toxunulur. Müəllifin fikrincə, DQ münaqişəsi həqiqətən də Ermənistan və Azərbaycan səviyyəsində müzakirə movzusu olsaydı, bu məsələ çoxdan, özü də Azərbaycanın xeyrinə həll olunardı.



«Ayna» qəzetindəki «Pentaqon Azərbaycan əsgərini NATO geyimində görməkdə israrlıdır» məqaləsində Cəsur Məmmədov yazır ki, silahlı qüvvələrin NATO standartlarına inteqrasiyası ən azı 6 ay yubanıb. Bununla bağlı ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş bildirib ki, ölkədə gerçəkləşdirilən iki proqram Azərbaycan ordusunun Qərb standartlarına uyğunlaşdırılmasına dəlalət edir. Müəllif yazır ki, bunlardan biri azərbaycanlı əsgərlərin İraq və Əfqanıstandakı effektiv fəaliyyətini, ikincisi isə dəniz sərhədlərinin mühafizəsi, qaçaqmalçılıq və kütləvi qırğın silahının daşınmasının qarşısının alınması sahəsində əməkdaşlığı nəzərdə tutur. Müəllif sonda hərbi qaynaqlardan əldə etdiyi məlumata əsasən yazır ki, bir neçə həftə öncə Azərbaycana Ukraynadan müasir texniki vasitələr gətirilib. Bu günlərdə isə Türkiyənin Azərbaycanın müdafiə sahəsinə geniş miqyaslı yardımı gözlənilir.
XS
SM
MD
LG