Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:02

Döyülən jurnalistdə bayılmalar olur


Səs: Real audio
«Freedom House» diktatura rejimlərinin süquta uğradığı 67 ölkədə apardığı araşdırmaya əsasən bu nəticəyə gəlib Mayın 21-də birləşmiş müxalifətin yürüş-mitinqini işıqlandıran zaman polis zorakılığına məruz qalmış «Zerkalo» qəzetinin müxbiri Fərid Teymurxanlının səhhəti hələ də qaydasına düşməyib. Jurnalistin anası Zümrüd Teymurxanlının sözlərinə görə, onda bayılmalar olur.



Jurnalisti döyənlərin cəzalandırılması tələbi ilə «Sərhədsiz Reportyorlar» və Azərbaycandakı jurnalist təşkilatları prezident İlham Əliyevə və hüquq-mühafizə orqanlarına müraciət ediblər. Bakı şəhər Baş Polis İdarəsinin rəisi Məhərrəm Əliyev isə bu gün jurnalistlərlə söhbətində belə bir müraciətdən xəbərsiz olduğunu deyib.



Mətbuat Şurasının sədri Əflatun Amaşov isə bildirir ki, Bakı polisinin rəhbərliyi bu məsələdən məlumatlıdır. Mayın 26-da BŞBPİ rəhbərliyi ilə görüşəcəklərini bildirən cənab Amaşov, jurnalisti döyən polisin cəzalandırılmasına çalışacaklarını deyir.
XS
SM
MD
LG