Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:37

«Keçid dövrü ölkələrində dinc mübarizənin perspektivləri daha böyükdür»


Səs: Real audio
«Freedom House» diktatura rejimlərinin süquta uğradığı 67 ölkədə apardığı araşdırmaya əsasən bu nəticəyə gəlib «Freedom House» təşkilatının dünən yaydığı press-relizdə deyilir ki, qeyri-zorakı xalq hərəkatları demokratiyaya uğurlu keçidin ən güclü qüvvəsidir. «Azadlıq qalib gəlir. Vətəndaş mübarizəsindən davamlı demokratiyaya doğru» adlı araşdırma 1972-ci ildən diktatura rejimlərinin süquta uğradığı 67ölkəni əhatə edir.



Araşdırmada bildirilir ki, qeyri-zorakı vətəndaş koalisiyalarının həyata keçirdikləri keçid, elitaların keçidindən daha yaxşı nəticələr verir.



Azadlıq və demokratiyaya qeyri-zorakı taktikalardan istifadə edən güclü, geniş tərkibli və yekdil vətəndaş koalisiyaları daha yaxşı nail olurlar. Azadlıq uğrunda ən böyük nailiyyətlər güclü vətəndaş etirazlarının və səfərbərliyin nəticəsidir. Zorakılığın olmadığı, ya da az olduğu mühitdə, yekdil və güclü vətəndaş koalisiyalarının yaranması yüksək səviyyədə azadlığa aparır. Hətta zorakılıq olduğu ölkələrdə azadlığın daha böyük perspektivləri olur.



Araşdırmada bir sıra tövsiyələr də yer alıb. Əsasən geniş tərkibli qeyri-zorakı vətəndaş koalisiyalarının yaranması üçün beynəlxalq ictimaiyyətin yardımının vacib olduğu bildirilir. Bundan başqa repressiyaların qarşısının alınması və azad, ədalətli seçkilərin keçirilməsi üçün demokratik hökumətlərin və qlobal institutların avtoritar ölkələrə təzyiq göstərilməsi də məsləhət görülür.
XS
SM
MD
LG