Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:34

Həbs olunan müxalifətçilərin əksəriyyəti buraxılıb


Səs: Real audio
BŞPİ-nin rəis müavini Yaşar Əliyev 2 nəfər polisin xəsarət aldığını deyir Müxalifətin 21 may yürüş-mitinqi zamanı saxlanmış AXCP fəallarından təxminən 30-na 3-5 sutka iş kəsilib. Ancaq partiyanın 10-15 üzvü barədə hələ dəqiq məlumat yoxdur.



AXCP-nin mətbuat katibi İsaq Əvəzoğlu bildirir ki, polis orqanları partiya üzvlərinin harada saxlandığı barədə məlumatı gizlədir. Mitinq zamanı təxminən 200-dən çox partiya fəalı saxlansa da, sonradan onların böyük hissəsi azad olunub.



Mitinqin təşkilatçılarından olan “Üçlər” seçki blokunun digər üzvü – Demokrat partiyasının baş katibi Sərdar Cəlaloğlu isə bu partiyadan heç kəsin həbsdə olmadığını deyir. Mitinqdən sonra partiyanın 2 üzvü saxlanıb, sonradan azadlığa buraxılıb.



Müsavat partiyası başqanının müavini Mehman Cavadoğludan aldığımız məlumata görə isə, aksiyadan sonra saxlanan partiya fəallarından birini çıxmaq şərtilə hamı azadlığa buraxılıb. Sumqayıt təşkilatının katibinə 3 sutka iş verilib. Mitinqdən əvvəl saxlanan partiya üzvləri isə həbs müddəti bitmədiyi üçün hələ buraxılmayıblar.



Bakı Baş Polis İdarəsinin şənbə günü verdiyi məlumata görə, 21 may aksiyası zamanı ictimai asayişi pozduğuna görə 45 nəfər saxlanıb.
XS
SM
MD
LG