Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:12

Bakı və Sumqayıtın 98 faizi toksik maddələrlə zəhərlənib


Səs: Real audio
Müxalifət partiyaları da beynəlxalq təşkilatlara müraciət etdilər «Bakı-Xəbər» qəzetindəki məqaləsində Abdulla Həbibi yazır ki, ABŞ prezidenti Corc Buşun Gürcüstandakı çıxışı Azərbaycan daxilində gedən proseslərə ciddi təsir göstərəcək. Müəllifə görə, ölkədə demokratikləşmə prosesinin başlaması üçün beynəlxalq zəmin artıq mövcuddur. Buna səbəbsə Amerika prezidentinin «bütün Qafqazda və Mərkəzi Asiyada dəyişiklik perspektivinə ümid oynanıb» deməsidir. Müəllif bildirir ki, Azərbaycanda inqilabi dəyişikliklər üçün vacib olan beynəlxalq amil faktoru mövcud olsa da, daxili zəminin də yetişməsinə ehtiyac var. Bu missiya ölkədəki demokratik müxalifətin üzərinə düşür.



Aynurə Əhmədova «Ayna» qəzetindəki məqaləsində yazır ki, Azərbaycan Milli Aerokosmik Agentliyinin Ekologiya İnstitutu Bakı və Sumqayıt şəhərinin çirklənməsini aşkarlamaq məqsədi ilə araşdırma aparıb. Müəllifin əldə etdiyi məlumata görə, Bakı və Sumqayıtın 98 faizi toksik maddələrlə zəhərlənib. İnstitutun şöbə müdiri Həmid Əliyev müxbirlə söhbətində deyib ki, bu maddələr insan həyatı üçün böyük təhlükədir. Əsasən də azyaşlı uşaqlara daha tez təsir edir. Müəllif yazır ki, bu faktın davamlı araşdırması aparılıb və məlum olub ki, Azərbaycanda uşaq ölümünün səviyyəsi sürətlə artır. Bu, xüsusilə Bakı və Sumqayıt şəhərlərində müşahidə olunur. Eyni zamanda qeyd edilir ki, ölüm halları o qədər sürətli və kütləvi xarakter alır ki, müvafiq orqanlar bunun statistikasını ya apara bilmirlər, ya da həmin rəqəmlərin açıqlanmasından ehtiyat edirlər. Daha sonra Sumqayıt şəhərinin uşaq qəbristanlığında olan müxbir yazır ki, bu qəbristanlığın ərazisi xeyli böyüyüb.



«Yeni Müsavat» qəzetində «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinə dair məqalə dərc edilib. Məqalədə bildirilir ki, hadisədə üçüncü dövlətin əli olmasına dair məlumatlar yayılıb. Bu cür məlumatların yayılması dövlətlərarası münasibətlərdə Azərbaycan rəsmilərinin ittihamlar səsləndirməsinə də gətirə bilər.

Daha sonra bildirilir ki, dünən «Sərhədsiz Reportyorlar» təşkilatı da E.Hüseynovun qətli ilə bağlı hesabat yayıb. Həmin hesabatda deyilir ki, jurnalist Azərbaycan hökumətinə qarşı sərt mövqeyi ilə seçilirdi.

Sənəddə E.Hüseynovun DİN-in sabiq zabiti, hazırda bir sıra cinayətlər törətməkdə günahlandırılan Hacı Məmmədovun dəstəsi tərəfindən öldürülməsinə dair məlumatların olduğu da vurğulanır. Qəzet yazır ki, hələlik bu məlumat rəsmi təsdiqini tapmayıb.
XS
SM
MD
LG