Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:33

Mətbəələrdə kağız qıtlığı yaranıb


Səs: Real audio
“O, yaramaz ola bilər, ancaq o, bizim yaramazdır” “Çap evi” mətbəəsinin sahibi Şahbaz Xuduoğlunun sözlərinə görə, mətbəə kağız qıtlığı ilə üzləşib. O, bunu iqtisadi deyil, siyasi məsələ sayır.



Ötən illərdə də seçkiqabağı oxşar halların baş verdiyini xatırladan Ş.Xuduoğlu bunu müxalifət və müstəqil qəzetlərə hakimiyyətin təzyiq vasitəsi hesab edir. Cənab Xuduoğluna görə, birbaşa təzyiq imkanları əlindən çıxan iqtidar süni kağız qıtlığı yaratmağa başlayıb. O, bir müddət əvvələ qədər tonunu 530 dollara aldıqları kağızı son günlər 700 dollara tapa bilmədiklərini deyir.



“Çap evi” mətbəəsində çıxan “Yeni Müsavat” qəzetinin isə cəmi iki günlük kağız ehtiyatı qalıb. Qəzetin baş direktoru Ələsgər Süleymanov deyir ki, bahalaşma 20 gün əvvəldən başlayıb.



Oxşar vəziyyətlə “Azərbaycan” nəşriyyatında çap olunan bəzi qəzetlər də üzləşiblər. Həmin qəzetlər adıçəkilən nəşriyyata kağızı özləri verirlər. “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid deyir ki, onlar sonuncu dəfə kağızın bir tonunu 750 dollara alıblar. İndi isə kağız tapa bilmirlər. O, da kağız qıtlığını siyasi məsələ sayır.



“Azərbaycan” nəşriyyatının direktor müavini Bəsti Məmmədova isə bu barədə danışmaq istəmədi.
XS
SM
MD
LG