Keçid linkləri

2024, 08 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:06

Naxçıvanda kəndlərin boşaldığı bildirilir


Səs: Real audio
“O, yaramaz ola bilər, ancaq o, bizim yaramazdır” Son altı ildə Naxçıvan Muxtar Respublikası əhalisi respublikanı tərk edir. Şərur rayonunun kəndlərində isə evlərin əksəriyyəti boşdur. Bunu kənd sakinləri deyirlər.



Sakinlərin sözlərinə görə, buna səbəb yaşayış səviyyəsinin aşağı olmasıdır. Əhali maddi çətinliklər içərisində yaşadığından 1998-ci ildən qazanc üçün ailəliklə xarici dövlətlərə iş dalınca getməyə başlayıblar.



Yerli əhali bildirir ki, əgər kəndlərdə iş yerləri açılarsa, gedən əhali geri qayıdar. Onlar yerli icra orqanlarının əhalinin miqrasiyası ilə maraqlanmadığını bildirirlər.



Ailələrin xaricə getməsi məktəblərdə şagird və müəllimlərin say göstəricisinə də təsir edib. Müəllimlərin bildirdiyinə görə, əgər kəndlərdən köç bu səviyyədə davam edərsə, bir neçə ildən sonra şagird olmadığından məktəblər bağlanacaq.



Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğundan verilən məlumata görə, 2004-cü ildə Naxçıvan vətəndaşlarından 59521 nəfərə viza verilib. 2005-ci ilin yanvar ayından bu günədək isə artıq 12615 nəfər viza almaq üçün konsulluğa müraciət edib.
XS
SM
MD
LG