Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:12

Gənclər demokratik seçki istəyini ABŞ prezidentinə nümayiş etdirib


Səs: Real audio
“Buşun gizli istedadı üzə çıxıb” «Məqam» hərəkatının fəalları dünən Tbilisidə ABŞ prezidenti Corc Buşun «Azadlıq» meydanındakı çıxışına qatılıblar. Hərəkatın koordinatorlarından biri olan Emin Hüseynovun verdiyi məlumata görə, onlar «Prezident Buş, Azərbaycanda demokratiyanı xilas et!» və «Azərbaycan gəncləri azad və ədalətli seçkilər keçirilməsini istəyir!» sözləri yazılmış plakatlar qaldırıblar. «Məqsədimiz gənclərin Azərbаycanda azad və ədalətli seçkilər keçirilməsi istəyini göstərmək idi» - deyə E.Hüseynov bildirib.

Mərasimə «Məqam»ın fəalları ilə birlikdə «YOX» hərəkatının üzvləri də qatılıb. E.Hüseynovun sözlərinə görə, Tbilisidə yaşayan azərbaycanlı gənclər də onlara qoşulublar.
XS
SM
MD
LG