Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Noyabr, bazar, Bakı vaxtı 12:32

QHT-lər rayonlardakı maneələrlə bağlı prezidentə müraciət edib


Səs: Real audio
“Heç nə qələbədə Sovet ordusunun xidmətinə kölgə sala bilməz” Mayın 10-da Azərbaycandakı 22 qeyri-hökumət təşkilatı prezident İlham Əliyevə müraciət edib.



QHT nümayəndələri bildirirlər ki, yerli icra hakimiyyətləri onların rayonlarda keçirmək istədikləri tədbirlərə mane olur. Prezidentdən xahiş edirlər ki, rayon icra başçılarını və polisi bu əməllərindən çəkindirsin.



Qeyri-hökumət təşkilatlarını Seçki Məcəlləsinə dəyişikliklər edilməməsi də narahat edir.



Onlar prezidentə göndərdikləri müraciətdə Seçki Məcəlləsindən xaricdən maliyyələşən QHT-lərin seçkiləri müşahidə etməsinə mane olan maddənin çıxarılmasını, seçki komissiyalarının tərkibinin dəyişdirilməsini istəyirlər.
XS
SM
MD
LG