Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:42

150 min pensiyaçının təqaüdü artırılacaq


Səs: Real audio
“Buş Moskva səfəri ərəfəsində rusları qəzəbləndirib” 150 min nəfər pensiyaçının təqaüdü artırılacaq. Bunlar 1993-96-cı illərdə təqaüdə çıxanlardır.



Mayın 5-də Nazirlər Kabinetinin qəbul etdiyi qərara görə, onların təqaüdlərinin yenidən hesablanması üçün xüsusi əmsallar müəyyən edilib.



1993-96-cı illərdə pensiya müəyyən edilərkən əsas götürülən orta aylıq maaş həmin dövrdə gedən inflyasiyanın səviyyəsi nəzərə alınmaqla yenidən hesablanacaq.



Maliyyə naziri Əvəz Ələkbərovun verdiyi məlumata görə, pensiyaların artırılması üçün 9 ay ərzində təxminən 76 milyard manatın ayrılması nəzərdə tutulur.



Nazirlər Kabinetinin qərarına görə, sözügedən qrupa aid pensiyaçıların təqaüdü bu ilin aprel ayından başlayaraq yeni qaydayla hesablanacaq.



Əvəz Ələkbərovun verdiyi başqa bir məlumata görə isə, 2006-cı il üçün dövlət büdcəsi 3 milyard dollar həcmində olacaq.



Onun bildirdiyinə görə, büdcə layihəsinin ilkin variantı artıq hazırdır. Bu, 2005-ci ilin dövlət büdcəsindən təxminən 30-35 faiz çoxdur.
XS
SM
MD
LG