Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:17

Vahid namizəd məsələsi ADP, AXCP və Müsavat blokunu dağıda bilər


Səs: Real audio
“Qazaxıstanda seçki zamanı etiraz aksiyaları qadağan olunub” Müsavat başqanının müavini Vurğun Əyyub deyir ki, ADP, AXCP və Müsavat blokunun dairələr üzrə vahid namizədini müəyyənləşdirmək çox mürəkkəb və daimi iş tələb edən bir prosesdir. Ona görə də işçi qrupu mütəmadi olaraq toplaşır və bu məsələni müzakirə edir. Harada vahid namizədi müəyyənləşdirmək mümkün olursa, işçi qrup bununla bağlı öz təklifini verir. Mümkün olmayan yerdə isə ilkin seçki keçiriləcək.

Müsavat başqanının müavininin sözlərinə görə, mübahisəli dairələr var və orada namizədin müəyyənləşməsi o qədər də asan olmayacaq. Ancaq bunu yoluna qoymaq üçün mexanizm də var.

Səs

Vurğun Əyyubun sözlərinə görə, 30 dairədən müəyyən edilən namizədlərlə də bağlı hələ qəti qərar verilməyib.

AXCP sədrinin müavini Fuad Mustafayevin fikrincə isə bu məsələdə mübahisədən danışmaq düz deyil. Problem yalnız seçimin çətinliyidir, çünki, layiqli namizədlər çoxdur:

«Bu blokun hakimiyyətə real alternativ olmasına heç kimin şübhəsi yoxdur. Bloka daxil olan partiyalar bilirlər ki, onların birliyi Azərbaycanda demokratiyanın gərçəkləşməsində əsas faktorlardan biridir. Bu baxımdan təbii ki, heç bir problem yoxdur. Sadəcə namizədlərin müəyyənləşməsi ilə bağlı obyektiv çətinliklər var və bununla da hər bir blok fəxr edə bilər ki, onun bir yox, bir neçə layiqli namizədi var».

Fuad Müstafayev deyir ki, təkcə bloka daxil olan partiya üzvləri yox, bir sıra QHT - lər və müstəqil şəxslər də seçkilərdə bu blokla birgə iştirak etmək istəyirlər.

Vətəndaş Cəmiyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzinin rəhbəri Eldar İsmayılov isə deyir ki, «ADP, AXCP və Müsavatın yaratdığı blokun vahid namizədləri müəyyənləşdirməsində kifayət qədər mübahisə yaranacaq. Ümumiyyətlə bloka daxil olan partiyaların namizədi müəyyənləşdirmək üçün ilkin seçki keçirmək planı çox təhlükəlidir. Çünki, bu əvvəlcədən böyük bir narazılığa səbəb ola bilər».

Eldar İsmayılovun fikrincə, bu mübahisə blokun dağılmasına gətirib çıxara bilər. Çünki, həmin partiyaların yaratdığı blok kompromiss variantı tapacaq qədər möhkəmlənməyib. Bunu ötən illərin təcrübəsi də göstərib. Eldar İsmayılov deyir ki, əsas mübahisə Bakıda yerləşən dairələr üzrə namizədlərin müəyyənləşməsi zamanı yaranacaq. O deyir ki, «mənim buna şübhəm yoxdur. Partiya rəhbərləri indiki məqamda kompromisə getmək bacarıqların ortaya qoyməlıdırlar. Əgər bu bloklar dağılsa, hakimiyyətin öz namizədini parlamentə keçirməsi daha da asanlaşacaq».

Hələlik ciddi narazılıqla bağlı məsələ ictimailəşməyib. Hər üç partiyanın təmsilçilərindən ibarət işçi qrupu 124 dairənin hər birindən ortaq namizədin müəyyən edilməsi üçün intensiv müzakirələr aparır. Müəyyən ediləcək namizədlərlə bağlı əsas qərar isə ADP, AXCP və Müsavat partiyaları rəhbərlərinin görüşündə veriləcək.
XS
SM
MD
LG