Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:15

“Korrupsiya ilə tərəqqi arasında”


Səs: Real audio
“Qazaxıstanda seçki zamanı etiraz aksiyaları qadağan olunub” --“Ayriş Tayms”



Azərbaycan “neft bumu” astanasındadır. Dünyada toxunalmaz qalan iri neft və qaz mənbələrinin intizarı ilə Qərb şirkətlərinin bir çoxu bura üz tutur.



Paytaxt Bakı dizayner emalatxanaları və bahalı otellərlə doludur. Çox bahalı idman maşınlarının səsi şəhəri başına götürür. Hər küncdə yeni binalar ucalır. Lakin səfalətin şahidi olmaq üçün uzağa getmək lazım deyil.



Şəhərin kənarlarında çoxlu insan, tam mənası ilə, yerdə qazılan evlərdə yaşayır.



Azərbaycan əsla sabitlik modeli deyil. 1991-cu ildə qazanılan müstəqillik dövrünün böyük hissəsini ölkəni Əliyevlər ailəsi idarə edib.



Heydər Əliyevin yerini o qədər də yaxşı imiclə tanınmayan oğlu İlham tutub. Bununla belə, Heydər Əliyevin ruhu hələ də hökmranlıq edir: ofis divarlarının hamısından onun şəkli baxır.



Hər il bütün dünyada korrupsiyanın səviyyəsini tədqiq edən “Transparency International” təşkilatının reytinq siyahısında Azərbaycan 146 ən korrupsiyalaşmış ölkə arasında 140-cı yerdədir.



Azərbaycan neft sərvətlərini səliqəylə istiqamətləndirən Norveç, yoxsa korrupsiya, etnik və vətəndaş müharibələrinin tüğyan etdiyi Nigeriya olacaq? Demək çətindir. Heç kim mərc gəlmək istəmir.



--“Faynenşl Tayms”



Qazaxıstan seçkilər zamanı və sonra küçə mitinqlərini qadağan edən qanun çıxarıb. Bu isə ondan xəbər verir ki, hakimiyyət digər üç keçmiş Sovet respublikasında prezidentləri devirən xalq qiyamları dalğasının Qazaxıstana da sirayət edə biləcəyindən narahatdır. Qazaxıstanda növbəti, prezident seçkiləri 2006-cı ildə keçiriləcək.



Vaşinqtondakı Karneqi Fondundan Marta Olkottun sözlərinə görə, “Nazarbayev qovulmağa potensial namizəd olan prezidentlər siyahısındadır və o, bunu dərk edir”.



--“Ceyns Difens Vikli”



Formalaşmaqda olan Qazaxıstan hərbi-dəniz donanması Vaşinqtonun razılığı ilə Cənubi Koreyadan ən aşağı qiymətlərlə üç sürətli patrul kateri almağı planlaşdırır.



Qazaxıstan 1992-ci ildə sahillərinin və Xəzərdə su ərazilərinin mühafizəsi məqsədilə hərbi donanmasını formalaşdırmağa başlayıb.



Son aylar bu istiqamətdə işlər sürətlənib. Qərb hərbi dairəsinin komandanı kontr-admiral Ratmir Komratov fevralda Bahreyndə ABŞ-ın 5-ci donanmasına baş çəkib. 7 Qazaxıstan zabiti isə martda Britaniyada Kral Donanmasının təlim düşərgələrində olub.



Hazırda isə Qazaxıstanın 200-dən çox dəniz zabiti Birləşmiş Ştatlarda təlim keçir.
XS
SM
MD
LG