Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:50

«Minsk Qrupu inqilabi təkliflər hazırlamır»


Səs: Real audio
“İranın yəhudi icmasının aqibəti necə olacaq?” «Metsamor Cənubi Qafqaz və bütün Avropa üçün faciələr vəd edir». «Yeni Azərbaycan» qəzeti yazır ki, Ermənistandakı bu adlı atom elektrik stansiyasının vura biləcəyi ziyanlar AŞPA-nın yaz sessiyasında da müzakirə olunub.



«Xəzər İsayev hakimiyyəti müdafiə dəstəsi hazırlayır» başlıqlı məqaləsində «Azadlıq» qəzeti yazır ki, Milli Olimpiya Komitəsinin vitse-prezidenti 5 min nəfərlik idmançıya rəhbərlik edir.



«Minsk Qrupu nizamlamaya dair inqilabi təkliflər hazırlamır». «525-ci qəzet» yazır ki, amerikalı həmsədr Stiven Mənnin sözlərinə görə, hazırda müzakirə edilən elementlər indiyədək danışıqlar masasında olmuş məsələlərdir.



«Bakı Xəbər» qəzetindəki «Rəsul Quliyev Almaniyada rəsmi görüşlərə başladı» məqaləsində bildirilir ki, ADP rəhbərliyi daha sonra Fransa və Norveçdə olacaq.



««16 oktyabr» hərəkatına qarşı «33-lər» təşkilatı» məqaləsində «Xalq Cəbhəsi» qəzeti yazır ki, Sülhəddin Əkbər Müsavat partiyasında mövqelərinin zəifləməsi ilə hesablaşmaq istəmir.



«Hakimiyyətdaxili «soyuq müharibə» qızışır». «Ayna» qəzeti yazır ki, mübarizə aparan tərəflərin məğlubiyyətə bərabər heç-heçə gözlədiyini proqnozlaşdırmaq olar.



«Gün səhər» qəzeti Prezident Katibliyinin sabiq rəhbəri Eldar Namazovla müsahibə dərc edib. O deiyr ki, seçkinin demokratik keçirilib-keçirilməyəcəyində bütün cəmiyyətin məsuliyyəti var.



«Azərbaycan» qəzetinin «Mənəvi insanlığın zirvəsində dayanan alim» başlıqlı məqaləsində mərhum prezident Heydər Əliyevin xanımı Zərifə Əliyevadan bəhs olunur.



«Yeni Müsavat» qəzetinə müsahibəsində Müsavat başqanı İsa Qəmbər deyib ki, seçkinin nəticələri saxtalaşdırılacağı təqdirdə müxalifət ictimai müqavimət təşkil edəcək.
XS
SM
MD
LG