Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:58

«Müxalifət rəng axtarır...»


Səs: Real audio
“Bin Laden şəhərdədir” «Azərbaycan cəmiyyəti Qarabağ ermənilərini vətəndaş kimi qəbul etməlidir». «525-ci qəzet» Azərbaycan XİN-dən gələn bu təklifin asanlıqla həyata keçməyəcəyini yazır.



«ABŞ çevik hərbi qüvvələri Azərbaycanda yerləşdirilə bilər» məqaləsində «Üç nöqtə» qəzeti yazır ki, xarici işlər naziri BTC-nin mühafizəsi üçün bunu istisna etmir.



«Azərbaycanı da Avropa Birliyində görməyi heç kim istisna etmir». Bununla bağlı «Yeni Azərbaycan» qəzeti yazır ki, Bakıda Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin iclası başlayıb.



«Yaxın vaxtlarda Azərbaycanda radikal dəyişikliklər baş verəcək. Gürcüstan və Ukraynadan nümunələr götürmək və eyni şəraiti Azərbaycanda da yaratmaq faydalı olar». ABŞ Dövlət Departamentinin Sovetlər bloku üzrə sabiq eksperti Pol Qobl «Bakı Xəbər»ə müsahibəsində belə deyib.



«Xalq Cəbhəsi» qəzetinə açıqlamasında ombudsman Elmira Süleymanova deyib ki, parlament seçkilərinin nəticələrinə şübhə ilə yanaşılmasına əsas verilməməlidir. Çünki, bu seçki Azərbaycanda demokratiyanın ciddi sınağı baxımından həlledici əhəmiyyət kəsb edir.



«Azərbaycan» qəzeti yazır ki, Pakistan Azərbaycanın xarici siyasətində prioritet ölkəyə çevrilir.



«Exo» qəzeti yazır ki, Böyük Vətən müharibəsinin 60 illiyini qeyd edən Rusiya bu münasibətlə Xəzərə hərbi gəmilərini çıxarıb.



«Qətlin sifarişçisi baş prokurordur» məqaləsində «Yeni Müsavat» yazır ki, Elmar Hüseynovun qətli ilə bağlı yeni dezinformasiyalar yayılır. Dünən MTN əməkdaşları və redaktorlar onlardan birini müzakirə ediblər.



«Müxalifət rəng axtarır və Corc Buşu mitinqlərlə salamlamağa hazırlaşır». «Ayna» qəzeti yazır ki, müxalifətin üçlər bloku bununla bağlı sifarişlərini də veriblər.



«Elmar Hüseynovun qatili bir neçə il əvvəl həbs edilmiş killerdir». «Azadlıq» qəzeti yazır ki, o, hazırda da həbsxanadadır və müxtəlif qətilləri törətməkdə ondan istifadə edilir.
XS
SM
MD
LG