Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:43

Həmsədrlər qarşılıqlı etimad təklif edirlər


Səs: Real audio
“Bin Laden şəhərdədir” Ermənistan və Azərbaycan xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsinə dair danışıqları Londonda keçirsələr də, bu, Praqa görüşünün davamı idi.



Bunu nazirlərin London görüşündə iştirak edən Azərbaycan Xarici İşlər Nazirliyinin təhlükəsizlik problemləri şöbəsinin nümayəndəsi Hüseyn Hüseynov nazirliyin mətbuat xidmətinin rəhbəri Mətin Mirzə ilə birgə keçirdiyi mətbuat konfransında deyib.



Onun sözlərinə görə, görüşdə tam aydın olub ki, artıq hər iki tərəf münaqişənin sülh yolu ilə həll olunmasına tərəfdardır.



«Londondakı görüş bir qədər fərqli formatda keçib. Nazirlərlə ayrılıqda həmsədrlər görüşüblər, bu dəyişiklik nəylə izah olunur» sualına Hüseyn Hüseynov belə cavab verdi:



“Azərbaycan tərəfinin bundan xəbəri yoxdur”.



Mətbuat konfransında ATƏT-in Minsk Qrupu həmsədrlərinin «tərəflər öz ölkələrində vətəndaşları kompromislərə hazırlasınlar» fikrinə rəsmi Bakının münasibəti də açıqlandı.



Mətin Mirzə dedi ki, söhbət vətəndaşlar arasında qarşılıqlı etimadın yaranmasından gedir. Ərazilərlə bağlı güzəştlərsə müzakirə mövzusu ola bilməz.



Qaldı münaqişənin həllinə dair prezidentlərin görüşünə, Hüseyn Hüseynov deyir ki, bu görüşün baş tutub—tutmayacağı prezidentlərin özündən asılıdır.



Amma nazirlər aprelin 27-də müzakirələri davam etdirmək üçün Almaniyanın Frankfurt şəhərində görüşəcəklər. Bu isə son bir ildə Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinın üçüncü görüşü olacaq.
XS
SM
MD
LG