Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:07

Norveç səfiri mitinqlərə icazə verilməsini istəyir


Səs: Real audio
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Londonda Minsk qrupunun həmsədrləriylə görüşləri başa çatdı “Azərbaycan hökuməti mitinqlərin keçirilməsinə icazəni indidən verməlidir və seçkiləri gözləməməlidir”.



Bunu Norveç Krallığının Bakıdakı səfiri Steynar Gil “Azadlıq” radiosuna verdiyi müsahibədə deyib.



Onun sözlərinə görə, bu, həm Azərbaycan, həm də beynəlxalq qanunlara görə belədir.



Bir müddət əvvəl Prezident Aparatı ictimai—siyasi şöbənin müdiri Əli Həsənov müxalifətin mitinqlərinə yalnız seçkiqabağı dövrdə icazə veriləcəyini deyib.



Norveç səfiri isə bunun əksini düşünür.



“Seçki hər bir tərəf üçün eyni imkanların olması deməkdir. Yəni, hər bir partiya və siyasətçi üçün eyni şərait yaradılmalıdır. Hamının bildiyi kimi, müxalifət heç bir siyasi yığıncaq, mitinq keçirə bilməz, onlara icazə verilmir.



Məlumatlara görə, ictimai mitinqlər seçkilərə qədər keçirilə bilməz. Yəni, seçkilərə 60 gün qalanadək. Bu da sentyabrın əvvəli deməkdir.



Sərbəst toplaşmaq hüququ Azərbaycan konstitusiyasında öz əksini tapıb, Avropa Şurası qarşısında götürülən öhdəlik də var. Ümumiyyətlə, bu hüquq hər yerdə tanınır. Hazırda Azərbaycana səfərlə gələn Andreas Qross və Andres Herkel də rəsmilərlə məhz bu məsələni müzakirə edirlər. Mən ümid edirəm ki, biz bəzi nəticələr əldə edəcəyik”.



Aprelin 19-da isə Avropa Şurasının məruzəçiləri Andreas Qross və Andres Herkel mitinqlərlə bağlı Bakı şəhər icra hakimi Hacıbala Abutalıbovla danışıqlar aparmağı planlaşdırıblar.
XS
SM
MD
LG