Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:18

Gənclərin böyük əksəriyyəti istirahət etmək üçün kompüter klublarına, futbol stadionlarına getməyi teatrlara getməkdən daha üstün tuturlar


Səs: Real audio
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Londonda Minsk qrupunun həmsədrləriylə görüşləri başa çatdı Bu gün gənclərin böyük əksəriyyəti istirahət etmək üçün kompüter klublarına, futbol stadionlarına, şou proqramlara getməyi teatrlara getməkdən daha üstün tuturlar.

- Mən teatra getmirəm, çünki bu sahəyə marağım yoxdur. Boş vaxtlarımda Azərbaycan futbol çemrionatını izləməyi xoşlayıram.

19 yaşlı Samir

- Çox təsadüfi hallarda teatra gedirəm. Bu da mənim üçün maraqlı əsərlər səhnəyə qoyulanda olur.

21 yaşlı Səlminə

- Mən teatra çox az gedirəm. Daha çox vaxtımı internet klublarda, kompüter arxasında keçirməyi xoşlayıram. Ancaq bilirəm ki, teatra getməyin xüsusilə gənclər üçün özünü inkişaf etdirmək baxımından böyük əhəmiyyəti var.

Bu isə 22 yaşlı Rəşidin fikri idi.

Teatrı gənclər üçün bir məktəb hesab edən Gənc tamaşaçılar teatrının truppa müdiri Ələsgər Muradxanlı isə bu günkü gənclərin bu məktəbə biganəliyindən şikayətlənir.

- Son zamanlar gənclərin teatra münasibəti o qədər də yaxşı deyil. Bugünki gənclərə tövsiyyə edərdim ki, teatra gəlsinlər, teatr elə məktəbdir ki, ondan həmişə nəisə öyrənmək olar.

Gənclər teatrının sərəncamçı direktoru Həsən Həsənov isə əksər gənclərin daha çox şou proqramlara meyl göstərdiyini və hətta teatra gələndə belə tamaşa bitməmiş teatrı tərk etdiklərini deyir.

- Bugünki dövrdə onlar o qədər şou proqramlara alışıblar ki, bir növ hafizələrini toplayıb tamaşaya baxa bilmirlər. Amma elə gənclər də var ki, tamaşaya böyük məmnuniyyətlə baxırlar, nəticə çıxarırlar. Bugünki gənclərimizə mən tövsiyyə edərdim ki, bir az şou proqramlardan uzaqlaşsınlar və teatra gəlsinlər və teatrda oturmağı bacarsınlar, tamaşanı yarımçıq qoyub çıxmasınlar. Nəticəni gözləmək lazımdır və düşünmək lazımdır ki, bu tamaşa mənə nə verdi.

Bu Gənclər teatrının sərəncamçı direktoru Həsən Həsənovun dedikləri idi.
XS
SM
MD
LG