Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 01:40

«Hakimiyyət yeni qanlı seçkiyə hazırlaşır»


Səs: Real audio
"Vaşinqton mümkün seçki saxtakarlığına göz yuma bilər" «Türkiyə Silahlı Qüvvələri Baş Qərərgahı ermənilərin fəaliyyətinə dair arxiv sənədlərini açdı». «Yeni Azərbaycan» qəzeti yazır ki, Türkiyə Böyük Millət Məclisi İngiltərəni tarixi həqiqətləri bəyan etməyə çağırıb.



«Azadlıq» qəzeti «Hakimiyyət yeni qanlı seçkiyə hazırlaşır» məqaləsində yazır ki, DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisi Vilayət Eyvazov bu məqsədlə Ramil Usubova müavin təyin edilib.



«Ermənistan Bakı-Tbilisi-Ceyhanı hədəfə alıb». «Üç nöqtə» yazır ki, Axalkalakidəki Rusiya bazalarından çıxarılan bəzi silah—sursat bu məqsədlə Qazax rayonunun yaxınlığında yerləşdirilib.



«Bakı Xəbər» qəzetinə qarşı qərəzli məhkəmə qərarı. «Bakı Xəbər» yazır ki, Apellyasi Məhkəməsi Ucar rayonun adını heç yerdə çəkmədikləri sakininin iddiası əsasında qəzetə 20 milyon manatlıq cərimə kəsib.



«Rusiya Ermənistanı yenidən silahlandırır». «Xalq Cəbhəsi» yazır ki, ermənilərə Rusiyaya məxsus artilleriya qurğularından istifadə hüququnun veriləcəyi gözlənilir.



«Bu gün növbəti Ermənistan-Azərbaycan danışıqları olacaq». «Zerkalo» qəzeti yazır ki, bu, xarici işlər nazirlərinin Praqa görüşündə müzakirələrinin davamı sayılır.



«Avropada təhlükəsizlik və əməkdaşlığa tam təminat yaradılmalıdır» məqaləsində «Azərbaycan» qəzeti yazır ki, bu, yalnız Azərbaycanın ərazi bütövlüyünün tam bərpasından sonra baş tuta bilər.



«Exo» qəzetinin məlumatına görə, jurnalist Elmar Hüseynovun qətlinin istintaqı nəticə verməsə, bu məsələ ilə bağlı Avropa Şurası Parlament Assambleyası öz məruzəçisini Bakıya göndərəcək.



Murtuz Ələsgərovun cangüdəni Hacı Məmmədovun işi ilə bağlı tutulub. Bu haqda ətraflı «Yeni Müsavat» yazır.



«Strasburqda yeni Seçki Məcəlləsi hazırlanır». «Ayna» qəzeti yazır ki, müxalifət partiyaları MSK-nın buraxılmasını və paritet tələb edir.
XS
SM
MD
LG