Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:33

Polis bu dəfə müxalifətçiləri döyməyib


Minskdə müxalifətin 4 000 nəfərə yaxın tərəfdarı martın 25-də “Azadlıq günü” adlandırdıqları günü nümayişlə qeyd ediblər. 1918-ci il martın 25-də ilk müstəqil Belorus dövləti elan olunub. Qısa müddətdə mövcud olmuş həmin dövlətin yaranmasını müxalifət “Azadlıq günü” kimi qeyd edir.

Müxalifət hökumətin nümayişi şəhərin mərkəzindən kənarda yerləşən parkda keçirmək göstərişinə əməl etməyib tərəfdarlarını Minskin mərkəzinə toplayıb.

Polis onlardan səsgücləndiriciləri alıb və nümayişçilərin hökumət binalarına doğru hərəkətinə qadağa qoyub. Amma əvvəlki illərdən fərqli olaraq polis nümayişçiləri döyməyib.

Müxalifət polisin indiki “mehribanlığını” avtoritar prezident Lukaşenkonun Qərblə əlaqələr yaratmaq cəhdi ilə izah edirlər.
XS
SM
MD
LG