Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:00

Dünya səviyyəsində aparılan araşdırmaya görə taksilərdə unudulan əşyalar arasında birinci yeri cib telefonları tutur


Səs: Real audio
“Amerikanın Koçaryanı vuracağı şübhəlidir” Bu gün dünyada aparılmış maraqlı araşdırmaların nəticələri ilə tanış olaq.

Dünya səviyyəsində aparılan araşdırmaya görə taksilərdə unudulan əşyalar arasında birinci yeri cib telefonları tutur. Belə ki, son altı ay ərzində 200 min mobil telefon taksilərdə unudulub. CNN-nin yaydığı bu xəbərdə itirilən əşyalardan 11 min 300-nün kiçik kompüter olduğu da göstərilir. Sürücülərdən biri isə hətta taksidə körpə uşağını da unudanların olduğunu deyib.



“Şevrole Bleyzer” ən təhlükəli, “Mersedes” isə ən təhlükəsiz avtomobildir. Amerikanın nəqliyyat üzrə sığorta institutunun gəldiyi nəticə belədir. İnstitutun araşdırmalarına görə il ərzində “Şevrole Bleyzer” sürən hər milyon adamdan 308-i qəza nəticəsində ölür. Araşdırmaya görə Avropa ölkələri və Yaponiyanın istehsal etdiyi maşınlar daha təhlükəsizdir. Bunlar arasında isə lider “Mersedes”dir. Bu markadan olan avtomobil sürücülərindən il ərzində milyonundan yalnız 30-u ölümlə nəticələnən qəzaya uğrayır. Latviyada aparılmış araşdırmanın nəticəsinə görə isə ən təhlükəli maşın “Moskviç”dir. Qəzaların sayına görə ikinci yeri isə “Jiquli” tutur. Bu maşınla edilən qəzaların hər 100-ü 10 nəfərin ölümü və ya ağır yaralanması ilə nəticələnir. Latviyalıların ən çox etibar etdiyi maşın “Hyundai”dir.
XS
SM
MD
LG