Səs: Real audio
“ABŞ ATƏT—lə bağlı dalandan çıxış axtarır” ... Yəni tərcümeyi-hal. Amma bu CV-lər adi tərcümeyi-haldan bir az fərqlənir. Bəlkə gərəyiniz olar deyə düşünüb də CV yazmağın qaydasından bəhs etmək istəyirəm.Azərbaycan Universitetinin İşədüzəltmə Mərkəzi və Bakı Təhsil Mərkəzində CV-lərin necə yazılması, iş üçün müraciət etməyin qaydaları barədə ayrıca təlimlər keçilir. Bu təlimlərdə CV üçün ümumi qaydalar bu şəkildə sadalanır: ağ kağızın yuxarısında adınız, soyadınız, cinsiniz, təvəllüdünüz, doğulduğunuz yer, ünvanınız və əlaqə telefonunuz öz əksini tapmalıdır. Daha sonra sizi tanıdan bu sənədə təhsiliniz, iş təcrübəniz, dil və kompüter bacarığınız haqqında məlumatlar əlavə olunur. Keçdiyiniz kurslar və ya təlimlər, əldə etdiyiniz uğurlar, mətbuatdakı çıxışlarınız və şəxsi maraqlarınız barədə qeydləriniz CV-nizi daha dolğun və uğurlu edər. Şəklinizi də əlavə edə bilərsiz. İş tapmaqda çətinlik çəkməyiniz və ya uzun müddət işsiz olduğunuzu bildirmək isə sizə baş ucalığı gətirməz. Və CV-nin dizaynı, bütün bu məlumatlar hər bir detal ayrıca, aydın və asan oxuna bilən formada qurulmalıdır. Sənədin hara təqdim olunmasından asılı olaraq məlumatları Azərbaycan, rus, ingilis və ya başqa bir dildə tərcümə etmək olar.