«Böhran vaxtı 9 günlük istirahət ölkə iqtisadiyyatına milyonlarla manat ziyan deməkdir».
Nazirlər Kabinetinin sabiq şöbə müdiri Oqtay Haqverdiyev belə hesab edir.
Onun sözlərinə görə, dövlətin strateji obyektləri - elektrik stansiyaları, neft hasilatı müəssisələri və bəzi xidmət sahələri bayram günləri də elə adi günlərdə olduğu kimi fəaliyyət göstərirlər. Əmək qanunvericiliyinə görə isə istirahət günləri işləyənlərin hamısına həmin günlər üçün ikiqat əməkhaqqı verilməlidir.
Oqtay Haqverdiyevə görə, həm bu kimi əlavə ödənişlər, həm də ölkə iqtisadiyyatının bir sıra sahələrinin 9 gün işləməməsi milyonlarla manat ziyan deməkdir. Cənab Haqverdiyevə görə, bunun dünyada davam edən iqtisadi böhran vaxtına düşməsi itkiləri bir az da çoxaldır.
Əməkçilərin Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov isə hesab edir ki, Azərbaycan hələ 9 günlük istirahətlərə hazır deyil. Onun sözlərinə görə, belə uzun müddətli istirahətlərin həmişə bəzi fəsadları olur.
O ki qaldı istirahət günlərində büdcə və qeyri büdcə təşkilatlarında çalışanların əmək haqlarının olduğu kimi saxlanılmasına Sahib Məmmədov deyir ki, bu daha çox əməyin ödəniş formasından asılıdır:
«Əgər əməyin forması vaxta muzdursa, onda maaşlar olduğu kimi qalır. Əgər işə muzdursa onda əməkhaqqı hasilat normasına görə ödənilir. Bu halda uzunmüddətli istirahət günlərinə görə işçi ziyan çəkir».
İqtisadi Təşəbbüslərə yardım Mərkəzinin sədr müavini Rövşən Ağayev də belə uzun müddətli istirahət günlərini ölkə iqtisadiyyatı və büdcə üçün itki hesab edir. Onun sözlərinə görə, bəlkə istirahət günlərində ticarət sahəsində hansısa gəlir əldə edə bilər, amma ailə və fərdi təsərrüfatlar ciddi itkilərlə üzləşirlər.
Nazirlər Kabinetinin qərarı ilə Novruz bayramı ilə əlaqədar olaraq ölkədə 9 günlük istirahət elan edilib.