Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:09

İ. Əliyev Polşa prezidenti ilə Qarabağ münaqişəsini müzakirə edəcək


Səs: Real audio
“Müxalifət Əli Kərimlinin çətiri altında birləşir” Martın 30-da prezident İlham Əliyevin Polşaya ikigünlük səfəri başlayır.



Səfər zamanı birgə bəyannamə, eyni zamanda iqtisadi, hərbi-texniki əməkdaşlıq sahəsində sənədlərin imzalanması planlaşdırılıb. Bu haqda məlumatı Prezident Aparatı beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovdan almışıq.



Novruz Məmmədovun sözlərinə görə, Azərbaycanın dövlət başçısı Polşa prezidenti Aleksandr Kvasnevski ilə Qarabağ məsələsini də müzakirə edəcək.



O bildirir ki, Polşanın Qarabağ məsələsinə münasibəti Azərbaycanı qane edir. Çünki, ilk gündən bu dövlət Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib və münaqişənin BMT-nin qətnamələri çərçivəsində həllini istədiyini bəyan edib.



Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov isə bildirir ki, Polşa Qarabağ münaqişəsi ilə bağlı Azərbaycana həmişə dəstək verib. Hətta bir neçə il əvvəl bu ölkənin prezidenti danışıqlarda vasitəçi olmağı da təklif edib.



Tofiq Zülfüqarov eyni zamanda iqtisadi-siyasi sahədə də Azərbaycan-Polşa əlaqələrinin inkişafı üçün imkanlar olduğunu düşünür. Bu baxımdan, prezident səviyyəsində səfərlər daha faydalı olduğunu deyir.



Cənab Zülfüqarov Avropa İttifaqanın üzvü olan Polşanın Cənubi Qafqazda gedən proseslərdə iştirakını müsbət qiymətləndirir.



Azərbaycan və Polşa arasında diplomatik əlaqələr 1992-ci ildən yaranıb. Dövlətlərarası aktiv əlaqələr isə 90-cı illərin ortasından inkişaf etməyə başlayıb.



1997-ci ildə Azərbaycanın dövlət başçısı Heydər Əliyev Polşaya səfər edib, bir il sonra isə bu ölkənin dövlət başçısı Azərbaycana gəlib.



İki ölkə iqtisadi əməkdaşlıq və ticarət, bundan başqa ikiqat vergiqoymanın aradan qaldırılması, gəlir və əmlak vergilərindən yayınmanın qarşısının alınması, investisiyaların təşviqi və qorunması haqqında saziş imzalayıblar.
XS
SM
MD
LG