Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:22

Müxalifət təşkilatı gənclərin seçkidən uzaqlaşdırıldıqlarını iddia edir


Səs: Real audio
“Yuşenko məmurların hamama getməsini qadağan edir” Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehtiyev hakim partiyaya qarşı olan gənclər təşkilatlarının qarşısını almaq üçün sərəncam verib.



Bunu “Yeni Fikir” Gənclər Birliyinin sədri Ruslan Bəşirli iddia edir. O, Ramiz Mehtiyevin bu barədə fevralın 15-də imzaladığı sərəncamı əldə etdiklərini deyir.



Ruslan Bəşirlinin sözlərinə görə, sərəncamda seçkiqabağı dövrdə tələbələrlə təbliğat prosesinə Yeni Azərbaycan partiyası üzvləri, nazirlər və hətta prezident İlham Əliyevin qoşulacağı bildirilir.



O, rəsmilərin planında müxalif gənclər təşkilatlarının seçkiqabağı proseslərdən uzaqlaşdırılmasının da nəzərdə tutulduğunu qeyd edir.



Ruslan Bəşirli artıq Azərbaycan Dövlət İqtisad və Sumqayıt Dövlət universitetlərində bu proseslərin başlandığını deyir.



Yeni Azərbaycan partiyası Gənclər Birliyinin təmsilçisi Ramin Həsənovsa deyir ki, onda bu sərəncam haqda məlumat olmasa da, təhsil mərkəzlərində görüşlərin keçirilməsində də bir qəbahət görmür.



Ramin Həsənovun dediyinə görə, bu görüşlərin əsas məqsədi təbliğat yox, gələcək kadr potensialını yerlərdə tanıtmaqdır.
XS
SM
MD
LG