Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:08

Əgər könlünüzdən Xarici İşlər Nazirliyində işləmək keçirsə, sizə şad xəbərim var


Səs: Real audio
"Demokratiyanın qələbəsi Rusiyanın məğlubiyyəti kimi qəbul olunur" Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Diplomatik xidmətə işə qəbul etmək məqsədilə müsabiqə keçirir. Əgər siz Azərbaycan Respublikasının vətəndaşısınızsa, yaşınız 21-dən aşağı və 27-dən yuxarı deyilsə, ali təhsiliniz varsa, doğma dildə mükəmməl, xarici dildə isə sərbəst danışmağı və yazmağı bacarırsınızsa, kompüterdə sərbəst işləyə bilirsinizsə və heç bir siyasi partiyanın üzvü deyilsinizsə, onda bu müsabiqədə iştirak edə bilərsiniz. Xarici İşlər Nazirinin müavini Vaqif Sadıqov müsabiqənin 3 mərhələdə təşkil olunduğunu deyir:

- Birinci aprel ayının 17-də test imtahanları keçiriləcək. 130 sual olacaq. Suallar Azərbaycanın daxili və xarici siyasətini, konstitusiyasını, tarixini , mədəniyyətini, coğrafiyasını, beynəlxalq münasibətlər və onun tarixini, beynəlxalq iqtisadi əlaqələr, beynəlxalq hüquq və xarici dil sahələrini əhatə edir. 2-ci mərhələ Azərbaycan və xarici dili üzrə 2 inşadan ibarətdir. 3-cü mərhələ şifahi müsahibədir.

Şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə, kadrların şəxsi uçot vərəqəsi, tərcümeyi-hal, ali təhsil haqqında sənəd, dörd ədəd 4 x 6 ölçüdə rəngli fotoşəkildən ibarət sənədlərinizi aprelin 9-dək nazirliyə təqdim edə bilərsiniz. Gecikmiş sənədlər qəbul olunmur, odur ki, tələsin, şansınızı itirməyin. Sənədlərin siyahısını nazirliyin saytından da götürə bilərsiniz. Nazirliyin elektron ünvanı belədir: www.mfa.gov.az
XS
SM
MD
LG