Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:59

«İctimai TV hakimiyyətin nəzarətinə keçdi»


Səs: Real audio
“Nasistlər atom bombasının yaradılmasına yaxın idilər” «İsveç Azərbaycandan demokratiya tələb edir». «Azadlıq» qəzeti yazır ki, bu ölkənin xarici işlər naziri Azərbaycanda bu payız keçirilməsi nəzərdə tutulan seçkiləri diqqətlə izləyəcək.



«Üç nöqtə» qəzeti Bakıda səfərdə olan Qazaxıstan Sərhəd Xidmətinin direktoru Bolat Zakiyevə istinadən yazır ki, terrorçular Xəzərdəki neft yataqlarını hədəfə ala bilər.



«525-ci qəzet» yazır ki, Mətbuat Şurası İctimai TV-nin Yayım Şurasının üzvlərinin təsdiqlənməsi ilə bağlı müzakirələr keçirib. Müzakirələrdə redaktorlar bəyan ediblər ki, onlar parlamentin seçimindən tam razı deyillər.



«Bakı Xəbər» qəzeti «MM ictimai televiziya ümidlərini dəfn etdi» başlıqlı məqalə dərc edib. Məqalədə yazılır ki, Yayım Şurası tamamilə hakimiyyətin nəzarətinə salındı.



Ermənistan parlamentində Dağlıq Qarabağ məsələsi ilə bağlı dinləmələr keçiriləcək. Bu barədə «Xalq Cəbhəsi» məlumat verir. Qəzet yazır ki, həmin müzakirələrə Azərbaycan parlamentinin də reaksiyaları olmalıdır.



«Ermənilər Rusiya qoşunlarının Gürcüstandan çıxarılmasını istəmir». «Yeni Azərbaycan» qəzeti yazır ki, onlar bölgədə NATO qüvvələri tərkibində türklərin yerləşdirilməsindən qorxurlar.



AŞPA-dan olan məruzəçi Malkolm Bryus hökumət üzvləri ilə görüşdə deyib ki, təşkilatı “siyasi məhbus” probleminin birmənalı həll olunmasını tələb edir. Bu haqda «Exo» qəzeti yazır.



«İctimai Televiziya hakimiyyətin nəzarətinə keçdi». «Yeni Müsavat» qəzeti yazır ki, hakimiyyət beynəlxalq qurumların tələblərinə yenə də məhəl qoymadı.



«Müxalifət vahid bloku müzakirə etdi» məqaləsində «Ayna» qəzeti yazır ki, müxalifət parlament seçkilərində birlik nümayiş etdirməyi vacib şərtlərdən sayır.
XS
SM
MD
LG