Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:03

PORTRETLƏR: İsmixan Rəhimov


Səs: Real audio
“Nasistlər atom bombasının yaradılmasına yaxın idilər” İsmixan Rəhimov. Bütün ömrünü ingilis dili öyrətməyə sərf edən, çörəyini də bu yolla qazanan, məhəbbətini də elə burda tapan İsmixan müəllim… Yalnız ingilis dili dərsi yox, həm də ləyaqət dərsi verən İsmixan müəllim.



Amma artıq İsmixan müəllim bu dünyada yoxdur. Bu qış köçünü dünyadan çəkib getdi. Qalan əməlləri, minlərlə tələbəsi, elmi məqalə və kitabları, üç oğlu, nəvələri və bir də gözüyaşlı «kaş yenə xəstə yataydı, ona qulluq etməkdən yorulmadım» deyən Zərifə xanım oldu.



Onu Azərbaycanın müstəqiliyi, Azərbaycan dili uğrunda döyüşən bir disident kimi də təqdim etmək olardı. Ömrünün yeddi ilini ölüm düşərgəsində keçirib. Amma ömür ilinin 50 vərəqi, 50 ili müəllimliklə yazılıb. İsmixan müəllim kimlərə dərs verməmişdi ki. Azərbaycanın indiki dövlət başçısı İlham Əliyevə, onun bacısı Sevil Əliyevaya, eləcə də onlarla nazirə, nazir övladlarına, say-seçmə sənətkarlara ingiliscə danışmağı O öyrədib. Və bir neçə il əvvəl keçmiş prezident Heydər Əliyev şəxsən valideyn kimi ona təşəkkürünü çatdırmışdı.



İsmixan Rəhimovun sürgün həyatı, müəllimliyi kimi Zərifə xanıma məhəbbəti də ayrıca söhbətin mövzusu ola bilər. O məhəbbət ki, çoxlarını təəccübləndirmişdi. Ömrünün ən yaxşı illərini sürgündə çürütmüş İsmixan müəllim institutun ən gözəl xanımının qəlbini fəth edə bilmişdi. Bir gün ona ürəyini açanda bu mən, bu sən - deyib, 15 yaş səndən böyüyəm, sürgündə olmuşam, qalanı da məlum. Zərifə xanımı cəlb edən dediyinə görə, bu ömür sahibinin ləyaqəti, başqalarına bənzəməyən danışığı, davranışı olub. Bir də onun tilsiminə düşən yalnız Zərifə xanım idimi? 40-cı illərdə KQB rəhbərlərindən biri olan Yemelyanov da onunla mübahisədə təslim bayrağını qaldırmışdı.



İsmixan müəllimin ömründən sadaladığım bu ayrı-ayrı epizodlar onun portretinə bir rəng, bir çalar qatır, onun haqqınlda müəyyən təsəvvür yaradır yəqin. Amma 80 il yaşamış İsmixan Rəhimovun portretini tam cızmaq elə də asan deyil, ömür yolu elə zəngin, elə maraqlıdır ki, birin qoyub o birinə keçmək olmur.



İsmixan müəllimin xatirələrlə hənirlənən mənzilində oğulları Azərçin, Yüksəl və ömür-gün yoldaşı Zərifə xanım ondan danışırlar. Arxivindəki lentlərə baxıram. Çıxışları, haqqında çəkilən filmlər, müsahibələr… Onun həyatından qırıq-qırıq məqamlar…



Atasını 1937-ci ildə güllələyiblər. Onda 12 yaşı varmış. Elə anasını da vaxtsız itirib. Görünür, elə buna görə də həmişə onların xiffətini çəkib…



Peşə seçəndə qərar verməkdə çətinlik çəkib. Əvvəlcə İsmixan müəllim filologiyanı seçib. Bir il Universitetdə oxuyandan sonra fikrini dəyişib Tibb İnstitutuna daxil olub. Burda iki il duruş gətirib. Sonda ingilis dilini öyrənmək qərarına gəlib. Deyəsən, axtardığını da tapıb...



Bir vaxt atasının göndərildiyi gedər-gəlməzə 1948-ci ildə İsmixan müəllim də sürgün olunur. Məsələ bundadır ki, 1944- cü ildə İsmixan Rəhimov və ayrı-ayrı ali məktəblərdən olan daha altı tələbə «İldırım» təşkilatını yaradırlar. Məqsəd Azərbaycanın müstəqilliyi, Azərbaycan dilinin sıradan çıxmasına qarşı mübarizə aparmaq olur. Günlərin birində xalq şairi Səməd Vurğuna məktub yazırlar, ondan kömək istəyirlər. Dönməzlər imzası ilə göndərilən məktub təhlükəsizlik orqanlarının əlinə düşür. Bütün ali məktəblərdə imla yazdırılıqdan sonra məlum olur ki, məktubu yazanın xətti İsmixan Rəhimovun xəttinin eynidir. Daha sonra məhkəmə, sürgün…



Qəribədir ömrünün ən gözəl illərini - 7 ilini sürgündə, ölüm düşərgəsində keçirsə də, İsmixan müəllim elə ən xoş dəqiqələrini də sürgünə yollananda yaşadığını deyirmiş.



25 yaşlı gənc üçün hər gün sürgün yoldaşlarının ağır
XS
SM
MD
LG