Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:41

AŞPA məruzəçisi martın 14-16-da Bakıda olacaq


Səs: Real audio
Çeçen yaraqlılarının başında Səudiyyə terrorçusu durur Bu gün axşam Avropa Şurası Parlament Assambleyasının insan hüquqları və qanunvericilik komitəsinin məruzəçisi Malkolm Bryus Bakıya gəlir.



İkigünlük səfər zamanı o, hüquq müdafiəçiləriylə görüşəcək, həbsxanalara baş çəkəcək. Cənab Bryusun Əfv Komissiyasının üzvləri, ATƏT-in Bakı ofisinin rəhbəri və prezident İlham Əliyevlə də görüşü nəzərdə tutulur. Bu məlumat Avropa Şurasının Bakıdakı İnformasiya Ofisindən verilib.



Martın 16-da isə Parisdə AŞPA Monitorinq Komitəsinin yığıncağı keçiriləcək. Yığıncaqda komitənin məruzəçiləri Andreas Qross və Andres Herkelin Azərbaycanın öhdəliklərini yerinə yetirməsi ilə bağlı hesabatı dinlənəcək.



Hüqüq müdafiəçiləri bu dəfəki toplantıda öhdəliklər, xüsusilə “siyasi məhbus” məsələsi ilə bağlı Avropa Şurasından kəskin reaksiyalar olacağını bildirirlər.



İnsan Haqları və Demokratiyanın İnkişafı Fondunun həmsədri Rəna Sadəddinova deyir ki, “siyasi məhbus” məsələsi birdəfəlik həll olunmalıdır.
XS
SM
MD
LG