Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:51

Türkmənbaşıya necə "sağ ol” deməli


Səs: Real audio
Çeçen yaraqlılarının başında Səudiyyə terrorçusu durur --“Röyters”



“Gənclər ayağa qalxaraq dünyanı dəyişirlər. Bu, Rusiyaya da aiddir, özü də gəncliyi hərəkətə siyasi vəziyyət sövq edir”.



Bu ilin əvvəlində sosial islahatlara qarşı keçirilən kütləvi etiraz aksiyaları tələbələrdə dəyişikliklərə inam yaradıb.



Amma tələbələr etiraf edir ki, onların hərəkatı pərakəndədir və Putin hökuməti üçün ciddi təhlükə yaratmır.



2005-ci ildə Rusiyada təsis olunan müxalif gənclər təşkilatının cəmi bir neçə min üzvü var. Bu qrupların hər bazar Moskva və digər şəhərlərdə keçirdikləri mitinqlər geniş kütlənin diqqətini o qədər də cəlb etmir.



Politoloqlar, şərhçilər və elə sadə insanlar da Rusiyada Ukraynadakına bənzər inqilab ehtimalının az olduğu fikri ilə razılaşırlar. Amma bununla belə, dəyişiklik rüzgarı da hiss olunur.



--“Vaşinqton Post”



Türkmənistan prezidenti Saparmurat Niyazovun “Ruhnamə” adlı ikicildlik şerlər toplusu dünyada “zəfər yürüşünü” davam etdirir. Keçən ay o, 30 dildə nəşr olunub.



Kitabın nəşrini Türkmənistanda biznes maraqları olan beynəlxalq şirkətlər maliyyələşdirib. Onların sırasında “Daymler Kraysler”, “Emerol” və “Ensto” kimi məhşur şirkətlər də vardır.



Bu faktlar Türkmənistanda insan haqları müdafiəçiləri və müxalifətçilərin hiddətinə səbəb olub.



Türkmənistan baş nazirinin keçmiş müavini Xudayberdı Orazova deyir ki, “türkmən uşaqlarının məktəb kitabı olmadığı bir vaxtda milyonlarla nüsxədə bu cəfəngiyatın yayılması əxlaqsızlıqdır”.



Xarici şirkətlər isə bildirirlər ki, “bütün türkmənlərin atası”nın əsərlərinin tərcüməsi və nəşrinə ancaq “nəzakət əlaməti” kimi sponsorluq ediblər.



“Qazprom” şirkəti də rusiyalı şairlər vasitəsilə Türkmənbaşının əsərlərini rus dilinə çevirmək təşəbbüsü ilə çıxış edib. “Bu təklif etirazlar dalğası doğurub”.



Rusiya PEN-mərkəzinin baş direktoru Aleksandr Tkaçenko bunu biabırçılıq və həqarət adlandırıb. O deyir ki, “Niyazovun yazdığı cəfəngiyatın tərcüməsinə qələm acizdir”.



--“Tayms”



Aslan Məshədovun məhvindən sonra yaraqlıların yeni ali baş komandanı Səudiyyə əsilli Əbu Havs olub.



Rusiya və Amerika xüsusi xidmətləri onun “əl-Qaidə” ilə bağlı olduğunu bildirir.



Rusiya hərbi kəşfiyyatının məlumatına görə, rəsmən Məshədovun varisi Əbdul Halim Saydullayev elan olunsa da, indi yaraqlılar arasında real hakimiyyət məhz Əbu Havsa məxsusdur.



Rusiya kəşfiyyatındakı mənbə deyir ki, “Saydullayev heç kimdir. Məshədovun ölümündən sonra Çeçenistanda “ip” iki şəxsin—Basayevlə Əbu Havsın əlindədir. Onlar həm yaraqlılara və pullara nəzarət edir, həm də gələcək terror aktlarını planlaşdırırlar”.



Əbu Havs İordaniyada doğulub, amma onun Səudiyyə Ərəbistanı vətəndaşı olduğu güman edilir. O, Çeçenistana 1995-ci ildə gəlib və terrorçuların düşərgəsində təlimatçı olub.



1999-cu ildə başlanan ikinci Çeçenistan müharibəsinin qızğın çağında o, bir müddət Gürcüstanın Pankisi dərəsində olub. Burada təlim düşərgələri təşkil edib, yaraqlılar üçün xəstəxana və məscid açıb.
XS
SM
MD
LG