Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:13

Azərbaycanın son kolxozunda etiraz aksiyaları keçirilir


Səs: Real audio
“Məshədovun ölümü həm Kremli, həm də radikal islamçıları sevincə qərq edib” İsmayıllı rayonunun İvanovka kəndində martın 9-dan başlayan etiraz aksiyası bu gün də davam edib.



“Nikitin” adına kolxozun—kollektiv təsərrüfatın üzvləri torpaq islahatları aparılmasını və dolanışıqlarının ağırlığına görə kolxoz rəhbərliyinin dəyişdirilməsini tələb edirlər.



Etirazçılardan Malik Salmanovun sözlərinə görə, aksiyada 1000-dən çox kənd sakini iştirak edir.



Dünən səhərdən kənd sakinləri gecəyə qədər etirazlarını davam etdiriblər. Bu gün səhər 10-dan günorta saatlarına qədər də hesabat-seçki iclasının keçirilməsi tələbi ilə kolxoz rəhbərliyinin inzibati binası qabağında olublar.



Hadisə ilə bağlı kolxoz rəhbərliyi ilə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı.



Malik Salmanov isə deyir ki, martın 11-də səhər tezdən kolxozda hesabat—seçki iclası keçiriləcək. Və etirazçılar mənimsəmə iddialarını araşdıracaqlar.



Kənd camaatı torpaq islahatının tam aparılması barədə ölkə rəhbərliyinə müraciət qəbul etmək fikrindədir.



“Nikitin” adına kolxoz hələ Sovet vaxtlarından Azərbaycanın nümunəvi təsərrüfatlarından sayılırdı. Azərbaycanın hər yerində torpaq islahatı keçiriləndən sonra da bu kənddə kollektiv təsərrüfat quruluşu saxlanılıb.
XS
SM
MD
LG