Şimali Amerika qitəsində konsert verən Alim Qasımov və qızı Fərqanə Qasımova martın 21-i vətənə dönüblər.
Şimali Amerikanın bəzi qəzetləri səfərlə bağlı bir sıra maraqlı məqamlara toxunublar.
«Artıq neçə illərdir ki, Azərbaycanın ən tanınmış muğam ustalarından olan Alim Qasımov hər ilin sentyabr ayında Bakının Opera və Balet Teatrında Üzeyir Hacıbəyovun «Leyli və Məcnun» operasında Məcnun rolunu oynayır. Yaxın Şərq, Mərkəzi və Cənubi Asiyada məşhur olan bu obraz Azərbaycan mədəniyyətinin incisi sayılır».
Meline Tumani «New York Times»da gedən «Leylanın sevgisinə» adlı yazısını belə başlayıb.
Martın 2-i Şimali Amerika qitəsinə səfər edən Alim Qasımov və onun qızı Fərqanə Qasımovanın konsert proqramları burda media tərəfindən maraqla qarşılanıb.
Alim Qasımovun neçə illərdir ki, Məcnun rolunu ifa etdiyini yazan Meline Tumani bildirir ki, muğam ustası bu rolu sevə-sevə oynasa da, tamaşanı öz istədiyi kimi ifa etmək üçün nə isə çatmadığını deyir.
Yazıda Yo-Yo-Ma tərəfindən yaradılmış «İpək yolu» ansamblının Bakıya gəlişi də xatırlanır və deyilir ki, həmin vaxt artıq qrupla çalışan Alim Qasımovun onlardan «Leyli və Məcnun üçün nə isə etmək mümkündürmü» - deyə soruşduğunu bildirir. Qrupun musiqiçisi Conatan Qandelsmanın birgə iş barədə xatirəsi də məqalədə yer alıb: «Biz Alimi sevirdik və o bizim nəyisə etməyimizi istəyirdisə, biz onu etməli idik. Ona görə bu işə gözübağlı razı olduq».
Məqalədə deyilir ki, bu iş muğam ustası Alim Qasımova asan başa gəlməsə də, nə isə alınacağına ümid edərək çalışmaqda davam ediblər. Alim Qasımov: «Hər tamaşada biz daha dərinə gedərək ideal bir ahəng axtarırıq. Bu, bəzən daha müxtəlif şəkildə olur, amma heç də həmişə yaxşı alınmır. Gah yaxşı alınır, gah pis. Beləliklə də biz bəzən istədiyimizi tapırıq».
«Pioneer Press»də David Hayleyin «Şərq Qərbin görüşünə gəlib. İpək yolunda bütün yollar qovuşur» yazısında isə Azərbaycan mədəniyyətinin şah əsəri hesab olunan «Leyli və Məcnun»un «Romeo və Cülyetta» ilə müqayisə olunduğunu deyir. Azərbaycanın tanınmış muğam ustası Alim Qasımovun və Fərqanə Qasımovanın ifasının isə konsert versiyası olduğu vurğulanır.
«The Globe and Mail»də isə Kolin İtok yazır ki, İpək Yolu ziddiyyətli obrazlarla təəssürat yaradır. Deyilir ki, o, Avropanı və Uzaq Şərqi birləşdirən yolu canlandırır.
«Pioneer Press»də Rob Habbard isə yazır ki, Alim Qasımov və Fərqanə Qasımova öz ruhi ifaları ilə sevgililərin gərginlik və kədərini çatdıra bildilər.
Dünya şöhrəti qazanmış violençel çalan Yo-Yo Ma-nın «İpək yolu» qrupuna dünyanın ən tanınmış musiqi ustaları daxildir. Musiqiçilər dünya xalqlarının musiqisini ifa edirlər. Sənət ustalarının özləri isə İpək yolu üzərində yerləşən müxtəlif ölkələrdəndirlər. Yo-Yo Manın ansamblında azərbaycanlı musiqiçilər də var. Onların biri ustad sənətkar Alim Qasımovdur.
Yo-Yo Manın «İpək yolu» azərbaycanlı bəstəkarların da musiqisini ifa edir. Bu bəstəkarlardan biri Firəngiz Əlizadədir.
Firəngiz Əlizadənin «Dərviş» və «Habilsayağı» əsərləri qrup tərəfindən ifa olunub, dünya şöhrəti tapıb. Habilsayağı kompozisiyası sənətkar, kamançaçı Habil Əliyevə həsr olunub. Əsas musiqi partiyasını violençeldə Yo-Yo Manın özü ifa edir.