Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:10

Səməd Seyidov: əminəm ki, bütün məhsuliyyət dərk olunur və Avropa Şurasının tədəblərinin yerinə yetirilməsi üçün lazımi addımlar atılacaq


Səs: Real audio
“Kreml indi kiminlə danışıqlar aparacaq?” Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəbəri, MM-in Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Daimi Komissiyasının sədri Səməd Seyidov deyir ki, hazırda söhbət ictimai televiziyanın yaradılmasından, insan haqları probleminin həll olunmasından, vətəndaşların sərbəst toplaşma hüququndan və sair məsələlərdən gedir. Cənab Seyidov əlavə edir ki, bütün bunlar AŞPA-nın aprel sessiyasınadək yerinə yetirilməlidir. O, əmindir ki, bu öhdəliklər vaxtında yerinə yetiriləcək. Əks təqdirdə, Azərbaycan üçün hansı problemlərin yarana biləcəyi məsələsinə gəlincə, Səməd Seyidov fikrini belə izah edir: »hamımız- xüsusilə də bu məsələ ilə məşğul olan şəxslər Avropa Şurasının Azərbaycan üçün nə demək olduğunu başa düşür. Ona görə də əminəm ki, bütün məhsuliyyət dərk olunur və lazımi addımlar atılacaq. Başaqa cür olmayacaq».

Müsavat Partiyasının divan üzvü, politoloq Rasim Musabəyov isə deyir ki, siyasi məhbuslar məsləsinin axıracan həll olunmaması, seçkilərlə və ictimai televiziya ilə bağlı öhdəliklərin tamamlanmaması, üstəlik də «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun öldürülməsi AŞ-dakı müzakirələr zamanı Azərbaycan üçün ciddi problemlər yaradacaq. Həmin problemlərin nədən ibarət olacağı isə Rasim Musabəyovun fikrincə, Azərbaycanın mövqeyindən asılı olacaq: «əgər öhtəliklərin yerinə yetirilməməsinin səbəbi izah edilib yeni vədlər vverilsə, ola bilsin ki, AŞ müzakirə və tənrqidlə kifayətlənsin. Ancaq əks halda Azərbaycan nümayəndəliyinin AŞ-da səlahiyyətlərinin dondurulması məsələsi də gündəliyə çıxarıla bilər».

Milli və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru, politoloq Leyla Əliyeva isə deyir ki, Azərbaycanın AŞ qarşısında götürdüyü öhdəlikləri indiyə qədər yerinə yetirməməsi və bu müddət ərzində ortaya çıxan yeni problemlər vəziyyəti xeyli kəskinləşdirib. Bütün bunlara görə AŞ Azərbaycana ciddi sanksiyalar tətbiq edə bilər.

Leyla Əliyevanın fikrincə, Azərbaycan onu gözləyən problemlərdən xilas olmaq üçün ləngimədən AŞ-nın tələblərini yerinə yetirməlidir. Məhz belə olan təqdirdə vəziyyəti normallaşdırmaq mümkündür.

Vəziyyətin nə dərəcədə ciddi olması məsələsinə münasibət bildirən Səməd Seyidov deyir ki, parlament seçkiləri ərəfəsi olduğu üçün öhdəliklərin yerinə yetirilməsinə diqqət daha da artıb. Avropa Şurası və beynəlxalq təşkilatlar öz tələblərinin yerinə yetirilməsində israrlıdırlar. Ancaq əsas məsələ təkcə bu deyil. « əsas məsələ ondan ibarətdir ki, biz özümüz Azərbaycanda parlament seçkilərinədək demokratik prinsiplərin həyatda tətbiq olunması üçün əlimizdən gələni etməliyik».

Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Daimi Komissiyasının sədri Səməd Seyidov deyir ki, əslində bu beynəlxalq təşkilatlar üçün yox, məhz Azərbaycan üçün lazım olan məsələdi. Ona görə də bu baxımdan Azərbaycanın və AŞ-nın fikirləri üst-üstə düşür. Sədəcə onların hamısını vaxtında yerinə yetirmək lazımdır.

Politoloq Rasim Musabəyov isə vəziyyətin yetərincə ciddi olduğunu deyir. Onun sözlərinə görə, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvlərinin də məsələyə reaksiyası və bunu etiraf etmələri təsadüfi deyil.

«bu etiraflar və reaksiya həm də onunçündür ki, AŞ-da bunları nəzərə alıb Azərbaycana qarşı sərt tədbirlər həyata keçirməsinlər».

Milli və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru, politoloq Leyla Əliyeva isə deyir ki, vəziyyətin nə qədər ciddi olmasını müəyyən etmək çətin deyil. Bunu AŞ təmsilçilərinin Azərbaycandakı vəziyyətlə əlaqədar reaksiyaları da təstiqləyir.
XS
SM
MD
LG