Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:45

Jurnalist qurumları matəm mitinqi keçirmək fikrindən daşındılar


Səs: Real audio
“Qərbi Ukraynada demokratiya yox, kəmər maraqlandırır” Bakı Şəhər İcra Hakimiyyəti jurnalist Elmar Hüseynovun qətlinin 7—ci günündə jurnalist təşkilatlarının matəm mitinqi keçirməsinə icazə verməyib.



Bir neçə jurnalist təşkilatı matəm mitinqini martın 9-da keçirməyi planlaşdırmışdılar və demişdilər ki, Şəhər İcra Hakimiyyətinin verəcəyi cavabdan asılı olmayaraq aksiyanı keçirəcəklər.



Bu gün Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədli Bakı meri Hacıbala Abutalıbovla görüşüb. Cənab Abutalıbov deyib ki, hazırda qətllə bağlı istintaq getdiyindən, həm də Elmar Hüseynovun atası Sabir Hüseynov mitinqə qarşı çıxdığından aksiyaya icazə verilmir.



Azərbaycan Jurnalistlər Konfederasiyasının rəhbəri Azər Həsrət də bildirir ki, mitinqin keçirilməməsinin səbəbi Sabir Hüseynovun istəyidir.



Elmar Hüseynovun qətlinin istintaqı isə davam edir. İstintaq qrupunun KİV-lə əlaqələndiricisi Eldar Məcidovun sözlərinə görə, qatilin fotorobotu polis orqanlarına paylanıb, başqa yenilik yoxdur.
XS
SM
MD
LG