Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:00

Ə. Kərimli hakimiyyətin AXCP-yə qarşı təxribat hazırladığını deyir


Səs: Real audio
MDB-də “yanıq iyi hiss olunur” Xalq Cəbhəsi partiyasınının sədri Əli Kərimli martın 2-də keçirdiyi mətbuat konfransında bildirdi ki, rəhbərlik etdiyi təşkilata qarşı təxribat hazırlandığı haqda məlumat alıblar. Millət vəkilinin sözlərinə görə, bu təxribat hakimiyyətin işidir.



Əli Kərimli son vaxtlar izləndiyini də dedi. “Azadlıq” qəzetinin redaktoru Qənimət Zahidova qarşı edilən şantajın da özünə qarşı yönəldiyini bildirdi.



Əli Kərimli dedi ki, Qənimət Zahidovun döyülməsiylə bağlı hələ də cinayət işi açılmayıb, redaktorun ekspertizadan keçirilməsinə şərait yaradılmır, əksinə, hakimiyyətə yaxın telekanalda onun şantajı davam edir.



AXCP sədri ona və partiya üzvlərinə qarşı olan hərəkətlərə görə hakimiyyətin məsuliyyət daşıdığını bildirdi. O dedi ki, partiyaya və «Azadlıq» qəzetinə ediləcək hücumla bağlı polisə məlumat verilib.



Bakı Şəhər Baş Polis İdarəsi ictimai təhlükəsizlik şöbəsinin rəisi Vaqif Sadıqov isə bildirdi ki, polisə müraciət ediləndə təhlükəsizlik tədbirləri görülür, konkret bu müraciətlə bağlı isə onda məlumat yoxdur.
XS
SM
MD
LG