Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:50

Dağıstan DİN-i çeçen yaraqlılarının Bakıda terror planları haqda məlumatlı olmadığını deyır


Səs: Real audio
Amerika məktəbliləri hərbçiləri ittiham edirlər Qanunsuz çeçen hərbi birləşmələri terror aktları törətmək üçün Çeçenistandan Dağıstan ərazisi vasitəsilə Azərbaycan paytaxtına gəlmək istəyirlər.



Bu məlumatı Şimali Qafqazda terrorizmlə mübarizə üzrə regional ştabın rəisi İlya Şabalkin Rusiyanın kütləvi informasiya vasitələrində yayıb.



O bildirib ki, Çeçenistan və Dağıstanın inzibati sərhəddində xüsusi təyinatlı milis dəstələri üç nəfərdən ibarət silahlı qrupu zərərsizləşdirib.



Qrup üzvlərindən iki nəfər öldürülüb, bir nəfər isə əsir götürlüb.



General—mayor İlya Şabalkin əsir götürülən şəxsə istinadən deyib ki, 2004-cü il fevralın 28-də federal qüvvələr tərəfindən öldürülmüş çeçen səhra komandiri Mövladi Gelayevin qardaşı Ruslan və qohumları Bakıya yığışacaqlar. Onlar Mövladinin ölümündə digər qanunsuz silahlı dəstənin rəhbəri Doku Ömərovu ittiham edirlər.



Gelayevlərin toplaşacağından xəbər tutan Doku Ömərov Ruslan Gelayev və onun qohumlarını öldürmək üçün Bakıya bir neçə qrupdan ibarət terrorçu göndərməyi planlaşdırır. İlya Şabalkin belə deyir.



Rusiya Daxili İşlər Nazirliyinin yüksək rütbəli təmsilçisi bizə müsahibəsində İlya Şabalkinin dedikləri ilə bağlı nazirlikdə heç bir məlumatın olmadığını bildirdi.



Dağıstan Daxili İşlər Nazirliyi mətbuat xidmətindən də bildirdilər ki, İlya Şabalkinin dedikləri əsassızdır. Hansısa qanunsuz silahlı qrupların Dağıstandan Azərbaycana keçdiyi və bu təşəbbüsdə olan qrupların məhv edilməsi barədə nazirliyə informasiya daxil olmayıb.



Dağıstan Dövlət Şurası mətbuat xidmətinin rəhbəri Eduard Urazayev isə bizimlə söhbətində general—mayor İlya Şabalkinin bəyanatı ilə yalnız mətbuat vasitəsilə tanış olduqlarını açıqladı.
XS
SM
MD
LG